ArxivIslamXəbər lentiXəbərlər

Azərbaycanlı jurnalist Türkiyədə vəfat etdi

Son illərini Türkiyədə yaşayan jurnalist Aynur Mirhəsən 44 yaşında vəfat edib.

Qan xərçəngindən əziyyət çəkən jurnalistin səhhəti ağırlaşıb. Kimyaterapiyadan sonra ağciyərləri fəaliyyətini dayandırıb. O, Türkiyədə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

A.Mirhəsən 1976-cı ilin yanvarın 27-də Bakıda anadan olub. 1998-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.

Aynur Mirhəsən “Yeni Müsavat”, “Üç nöqtə”, “Həftə içi” qəzetlərində, “Medifaorum”, “Ann.az” saytlarındakı fəaliyyəti ilə tanınıb. “Mediaforum” saytında layihə rəhbəri olub.

Mərhumun cənazəsi bu gecə Azərbaycana gətiriləcək və o, Bakıda dəfn olunacaq.

Allah rəhmət eləsin!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button