AktualAktualArxivIslammədəniyyatQarabağSosialXəbər lentiXəbərlər

Azərbaycanlı ekspert Zərdüşt Əlizadə: İranın spetsnazı gələrək Ermənistan əleyhinə döyüşlərdə bizə kömək edib və Horadizin geri alınmasında da iştirak edib

Qafqaz Həqiqətləri “Anac”-a istinadla xəbər verir ki,  Qafqaz məsələləri üzrə ekspertlər həmişə bu regionda mürəkkəb siyasətdən danışıblar və onu “labirint”ə bənzədiblər. İran İslam Respublikası SSRİ-nin parçalanmasından qabaq və Qorbaçov dövründən bu regionun əhəmiyyətini başa düşmüş və diqqətlə onu nəzərdə saxlamışdır. 90-cı illərin əvvəllərində baş verən sürətli siyasi hadisələrlə yanaşı Qarabağ müharibəsinin də baş verməsi Xalq Cəbhəsi və Elçibəy kimi əsassız illüziyaya sahib bir sıra anti-İran cərəyanların formalaşmasına səbəb oldu. Təəssüflər olsun ki, bu cərəyanlar sonrakı illərdə də Azərbaycan cəmiyyətinin ictima rəyini idarə edə bildilər.

Bu cərəyanlar ötən illərdə iki ölkə münasibətlərini korlamağa təlaş göstərsələr də, Azərbaycan Respublikası cəmiyyəti arasında bir sıra elitlər vardır ki, həmin cərəyanları çox yaxşı tanıyırlar, həm də İranın regionda yaxşı niyyətini açıqlamağa kömək edirlər.

Siyasi məsələlər üzrə ekspert Zərdüşt Əlizadə müsahibələrinin birində Qarabağ müharibəsində İranın Azərbaycan Respublikasına etdiyi köməklərdən danışıb. İranı şiə ölkəsi adlandıran Əlizadə deyib: “Qarabağda Azərbaycan və Ermənistan arasında müharibə başlayanda İranın təşkilatçılığı ilə əfqan mücahidlər döyüşmək üçün Azərbaycana gəlib və bizim tərəfimizdən döyüşdə iştirak ediblər. Habelə İran öz könüllülərini göndərib Azərbaycana. İran silah verib Azərbaycana. Mən özüm Qarabağda döyüşən iranlı könüllüləri görmüşəm.”

Politoloq müsahibəsinin davamında Elçibəyin keçmiş illərdəki siyasətini tənqid edərək, Heydər Əliyevin hakimiyyətə gəlməsində İranın rolundan və iranlı generalların Qarabağda iştirakından söz açıb. O, deyib: “Heydər Əliyevin hakimiyyətə gəlməsində İran müsbət rol oynayıb, dəstək verib. Hətta, Heydər Əliyev gələndən sonra 12 İran generalı gəlib Bakıda oturub. Qarabağ döyüşləri üçün İran “spetsnaz”ı gəlib. Ermənilərə qarşı döyüşlərdə iştirak edib, o cümlədən Horadizin alınmasında İran “spetsnaz”ının böyük rolu olub.”

Ötən illərdə bir sıra siyasətçilər Qarabağ müharibəsi günlərinin həqiqətlərindən söz açıblar. Bu dəfə azərbaycanlı ekspert Qarabağ siyasi oyunları haqda belə deyir: “(İranlı generallar) Horadizi geri aldıqdan sonra zəng ediblər ki, ağayi rəisi-cümhur, sərhəddə qədər yol açıqdır, siz bizə icazə verin, gedib çıxaq Ermənistan sərhəddinə. Deyib, yox, qayıdın. Qayıdıblar, sıxıb əllərini, deyib sağ olun, getdiniz. Ondan sonra onlar da deyiblər ki, bəli, anladıq məsələni. Anladıq ki, bir oyun gedir və biz bu oyunda qurban olmaq istəmirik. Ona görə də biz Ermənistanla da münasibətləri yaxşı qururuq, Azərbaycanla da.”

Zərdüşt Əlizadə İranın Qarabağ köçkünlərinə neçə il yardım etməsini də xatırladaraq deyib: “İran 60.000 qaçqınımızı öz himayəsinə götürüb 5-6 il saxladı. İran maşınları gəlirdi, çadır şəhərciklərini gətirirdi. Neçə il saxladı İran bizim 60.000 qaçqınımızı. Az deyil. Buna baxmayaraq, Azərbaycan mətbuatı İranı mütəmadi olaraq söyürdü. Çünki birincisi, İranın şiə məzhəbinin ideoloji təsirindən qorxurdular; ikincisi, də qərbin razılığını qazanmaq istəyirdilər.”

Təəssüf olsun ki, müxtəlif səbəblərdən Qarabağ müharibəsinin həqiqətləri açıqlanmayıb və İran İslam Respublikasının həmin illərdəki rolu rəngsiz qələmə verilib. Lakin xoşbəxtlikdən son bir neçə ildə həm Qarabağın iranlı mücahidləri, həm də bir sıra azəri ziyalılar onun həqiqətlərindən bir hissəsini açıqlayıblar. Amma Azərbaycan Respublikasının müxtəlif mediaları Qarabağ müharibəsində İranın Azərbaycan Respublikasına köməkləri barədə danışmağa qorxurlar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button