AktualArxivSosialXəbər lentiXəbərlər

Azərbaycanın talışlar yaşayan bölgəsində acınacaqlı vəziyyət

Koronavirusun yayılması Azərbaycan Respublikasının talışlar yaşayan bölgəsində ictimai-siyasi vəziyyəti ağırlaşdırıb.

Qafqaz Həqiqətləri xəbər verir ki, Azərbaycan Respublikasının xəbər mənbələri təhlükəsizlik qayda-qanunlarına uyğun olaraq Lənkəranda və talışlar yaşayan digər şəhər və kəndlərdəki problermləri və mövcud sosial narazılıqları işıqlandırmırlar. Lakin bir sıra sosial şəbəkələr bu ölkədə talışlar yaşayan bölgələrdə vəziyyətin böhranlı olmasını xəbər verirlər.

Jurnalist və talış mədəni fəalı Zahirəddin İbrahimov korona böhranının Azərbaycan Respublikasının Talış məntəqəsinə ictimai və sosial təsirləri barədə deyir: “Talış bölgəsinin Azərbaycan Respublikasında ən yoxsul və tamamilə geridə saxlanmış bir bölgə olmasına diqqət etməklə, korona böhranı ən ağır təsirlərini bu bölgədə göstərmişdir.”

İbrahimov əlavə edib: “Talış bölgəsində korona xəstələrinin vəziyyəti məlum deyil. Məsələn, mənim doğulduğum Şaqlasər kəndindən yüksək qızdırması olan bir neçə nəfər Talış bölgəsində mərkəz sayılan xəstəxanaya müraciət edib. Orada onları üç dəfə müayinə etdikdən sonra kəndə qaytarıblar və xəstəliklərinin korona deyil, adi soyuqdəymə olduğunu deyiblər. Lakin qızdırma davam etdiyi və xəstəliyin digər əlamətlərinin də olduğu üçün onlar üç dəfə xəstəxanaya müraciət etdikdən sonra nəhayət, onlara koronaya yoluxmaqda şübhəli olduqları və bunun üçün ev şəraitində müalicə olunmaları və karantində qalmaları deyilib. Şaqlasər kəndində indiyə kimi korona xəstələrindən 5 nəfəri həyatını itirib və əhalinin neçə faizinin bu xəstəliyə yoluxduğu məlum deyil.”

Jurnalistin sözlərinə görə, Azərbaycan Respublikasında peşəkar həkimlərin sayı çox azdır və Talış bölgəsində isə ümumiyyətlə yoxdur. Talış camaatı öz xəstəliklərinin müalicəsi üçün İranın tibb mərkəzlərinə üz tuturlar və sərhədlərin bağlı olmasına görə, bu imkan da onların əlindən alınmışdır.

Korona böhranına görə Talış bölgəsində yaranmış problemlər, işsizlik və yoxsulluq Biləsuvar və digər rayonlarda etirazlara səbəb olmuşdur. Sosial şəbəkələrdən istifadə edə bilənlər özlərinin və yaxınlarınn narazılıqlarını lentə alaraq sosoal şəbəkələrdə paylaşırlar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button