Xəbərlər

Zaurun verilişi bağlandı

ATV telekanalının “Ümid var” verilişi 15 mart 2014-cü il tarixdən etibarən öz fəaliyyətini dayandıracaq.

Kanaldan APA-ya verilən məlumatda bildirilir ki, bu barədə “Azad Azərbaycan” MTRK-nın Bədii Şurasının 13 mart 2014-cü il tarixdə keçirilən növbəti iclasında qərar qəbul edilib.

Məlumatda qeyd edilir ki, digər telekanallarda da efirə gedən bu tip layihələrin efir fəaliyyətində baş qaldıran “reytinq rəqabəti” tendensiyası “Ümid var”da da mövzuların düzgün seçilməməsi, milli mənəvi dəyərlərin qorunmasında nöqsanların ortaya çıxması, fərdlərin hüquq və azadlıqlarının qanunvericilik çərçivəsində tənzimlənməsi işində qüsurların üzə çıxmasına səbəb olub.

Bunları nəzərə alaraq “Azad Azərbaycan” MTRK-nın Bədii Şurası 15 mart 2014-cü il tarixdən etibarən ATV telekanalında efirə gedən “Ümid var” layihəsinin dayandırılması barədə qərar çıxarıb”, – deyə məlumatda bildirilir./

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button