Xəbərlər

Dərbənddə azərbaycanlıların məscidini zibilliyə çeviriblər

Dağıstanın azərbaycanlılar yaşayan Dərbənd şəhərində şiə məscidi bərbad gündədir.

qafqaz.ir-in İnterAz-a istinadən məlumatına görə, bu barədə “Dərbənddə yaşayan həmyerlilərimiz məlumat veriblər. Məlumata görə, şəhərin Lenin küçəsi, 92 ünvanında yerləşən bu məscid Dərbənddə “Həmşəri məscidi” adlanır. Amma rəsmi şəkildə İmam Huseyn (ə) adına məscid kimi qeydiyyatdan keçib.

Soydaşlarımızın dediyinə görə, bu məscid Dağıstanda şiələrin ibadət etdiyi azsaylı məscidlərdən biridir. Şəhər meri İmam Yarəliyevə dəfələrlə müraciət edilib ki, məsciddə təmir işləri aparılsın. “Amma əksinə, o, qulaqardına vurub, Allah evini zibilliyə çevirib. Hal-hazırda bura dağınıq durumdadır, içəridə zibil əlindən tərpənmək mümkün deyil, Dərbənddəki azərbaycanlılar şiə təriqətlidirlər. Sanki qəsdən məscidin bu vəziyyətə düşməsini istəyirlər ki, sonra ümumiyyətlə söksünlər” deyə onlar bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button