AktualAktualArxivIslamSosialXəbər lentiXəbərlər

Azərbaycanda “ziyalıların” hökumətə tabeçiliyinə etiraf

Son vaxtlarda Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevə qarşı hücumların ardınca Şərqşünaslıq İnstitutunun elmi heyətinin üzvü Solmaz Rüstəmova məqalə ilə çıxış edərək R. Mehdiyevin müdafiəsinə qalxıb. S. Rüstəmova müdafiə məqaləsində özü də bilmədən Azərbaycan Respublikasında təhsil adamlarının və ziyalı adlanan zümrənin hökumətə tam tabeçiliyinə etiraf edib.

Qafqaz Həqiqətləri AMEA-nın internet saytına istinadla xəbər verir ki, Milli Akademiyanın Şərqşünaslıq İnstitutunun elmi işçisi Solmaz Rüstəmova R. Mehdiyevi günahsız göstərməklə yazıb: “Cəmiyyət və onun aparıcı qüvvəsi olan ziyalılar bu sistemə, modelə qarşı, onun formalaşmağa başladığı andan zəif də olsa heç müqavimət göstərdimi? İstənilən seçkilərdə – akademiyaya, ya Milli Məclisə – sistemin təklif etdiyi şərtlər daxilində seçilməkdən imtina edən olubmu?”

Halbuki, Azərbaycan Respublikasında tarixyazmanın və mədəni irs barədə təhqiqatın siyasi olması, onun nəticələrinin sifarişli olmasına baxmayaraq iranlı türkçülər Bakının “elmi” mərkəzlərinin çap etdiyi təhrif olunmuş və saxta tarix və mədəniyyətinin dırnaqarası elmi mənbə və qaynaqlarının bərk təsiri altındadır.

Qeyd edək ki, bu tam tabeçiliyi xüsusilə Azərbaycan Respublikasında tarix kitablarının yazılması və təhqiqatında daha aydın şəkildə görmək olar. Belə ki, tarixçilər SSRİ dövründə kommunist rejiminin tapşırığı ilə tarixi təhrif edirdilər və hazırkı dövrdə indiki hakimiyyətin tapşırığı ilə tarixi onların baxışlarına uyğun şəkildə saxtalaşdırırlar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button