ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

HƏMAS-dan Türkiyəyə reaksiya

Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) sözçüsü Hazim Qasim dünən axşam saatlarında İsrail rejiminin paytaxtı Təl-Əvivdə həyata keçirilən əməliyyatla bağlı Türkiyənin mövqeyinə reaksiya verib. O, cümə gecəsi Əl-Məyadin-ə deyib: “Türkiyənin Təl-Əvivdəki səfirliyi və Bəhreyn Xarici İşlər Nazirliyinin Təl-Əvivdəki şəhadət əməliyyatını pisləmək aktını pisləyirik”. “Xalqımızın müqaviməti özümüzün və müqəddəslərimizin müdafiəsidir və bu, bütün beynəlxalq və humanitar hüquqla təmin edilmiş və tanınan hüquqdur” – deyə Qasim əlavə edib. “İşğalçıların millətimizə və müqəddəs yerlərimizə qarşı düşmən və təcavüzkar siyasəti dünyada terror və irqçiliyin formalarından biridir”- Həmas sözçüsü bildirib.

Ötən gecə Tel-Əviv şəhərində Cenin düşərgəsindən olan 29 yaşlı fələstinli Raad Fathi Hazim odlu silahla atəş açaraq 3 nəfəri öldürüb, 15 nəfəri yaralayıb. Türkiyənin işğal olunmuş Fələstindəki səfirliyi bu gün verdiyi açıqlamada şəhidlik əməliyyatını pisləyib və gərginliyin artmasından narahatlığını bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button