ArxivmədəniyyatXəbər lentiXəbərlər

Azərbaycanda son beş ilin ən populyar adı – Zəhra

Ədliyyə Nazirliyi son beş ildə uşaqlara qoyulan ən populyar adların statistikasını açıqlayıb.
“Media forum” saytı bildirir ki, beş ilin (2010, 2011, 2012, 2013, 2014) toplu nəticəsinə görə, ən populyar ad Zəhradır. Bu illərdə Azərbaycan Respublikasında doğulmuş 16952 uşağa Zəhra adı verilib.
2-ci yerdə Yusif gəlir. Beş ildə 16923 uşağa Yusif adı qoyulub.
3-cü yeri Nuray adı tutur: 14077.
Azərbaycan Respublikasında doğulmuş uşaqlara qoyulan ən populyar adların beş illik statistikasında Fatimə 4-cü (13471), Əli 5-ci (13100), Hüseyn 6-cı (12258), Məhəmməd 7-ci (8348), Murad 8-ci (7909), Zeynəb 9-cu (7671), Ayan 10-cu (7631) yerdədir. /

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button