ArxivXəbər lentiXəbərlər

Azərbaycanlı tələbələr PKK-da

Son zamanlar azərbaycanlı gənclərin İŞİD terror təşkilatının sıralarına qoşulmaları ilə bağlı medialarda çoxlu sayda məlumatlar dərc olunub. Amma məlum olub ki, Azərbaycan Respublikası gəncləri təkcə İŞİD terror təşkilatına deyil, PKK-ya da qoşulmaqdadırlar. Çox təəssüf ki, PKK təşkilatına qoşulan Azərbaycan gəncləri həm də savadlı, universitet təhsili alanlardırlar.

FaktXəbər-in “FıratNyus”a istinadən verdiyi məlumata görə, həmin gənclər Türkiyədə universitetdə təhsil alarkən PKK-çı gənclər təşkilatlarının təsirinə düşərək, təhsili yarımçıq qoyub və dağa çıxıblar.

Özləri barədə məlumat verən gənclərdən biri adının Fəraməz Azəri olduğunu bildirir. Ankaranın İldırım Bəyazit Universitetinin sosiologiya fakültəsinin tələbəsi olub. Daha sonra universiteti ataraq Diyarbəkirə, oradan isə Baqok dağına gedib. Fəraməz PKK-ya necə qoşulduğunu belə izah edir: “Universitetdə oxuyarkən PKK-çı gənclərlə tanış olduq. Onlarla bir müddət qaldıqdan sonra PKK-nı tanıdıq. Əvvəl gənclər arasında siyasi fəaliyyətlərlə məşğul olmurduq. Sistemin gənclik üzərində təsiri çoxdur. Ən sadəsini universitetlərdən götürə bilərik. Məsələn, mən sosiologiya oxuyurdum. Sosiologiyada oxuyarkən gərək insan bir qədər obyektiv olsun, müəllimlər obyektiv olsunlar. Amma onlar özlərinə, sistemlərinə, hətta iqtidarlarına nə uyğundursa, onu bizə təbliğ edirdilər… Bir müddət sonra silahlı mübarizəyə qoşulduq…

Digər gənc isə adının Babək Akır olduğunu, Ankarada Turqut Özal Universitetində oxuduğunu və PKK-ya qoşulduğunu söyləyir.

Növbəti gənc isə Azad Mirkan olduğunu və Balıkesir Universitetindən gəldiyini deyir. O da universitetdə fəaliyyət göstərən PKK-çı gənclərlə söhbətdən sonra onların təsiri altına düşdüyünü söyləyir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button