ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Milli maraqların reallaşması istiqamətində fəal diplomatiya həyata keçirilir

İran xarici işlər naziri Bakı səfərinə işarə ilə deyib ki, milli maraqların reallaşmasının təqibi istiqamətində fəal diplomatiya həyata keçirilir.
Hüseyn Əmir-Abdullahiyan bir məlumatda belə qeyd edib: Bakı səfərində Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin iclasında, həmçinin hərəkatın Fələstin Komitəsində çıxışlardan əlavə, Azərbaycan Respublikasının prezidenti, habelə İraq, Belarus, Suriya, Sudan, Türkiyə, Malayziya, Küveyt, eləcə də Fələstin Azadlıq Hərəkatının xarici işlər nazirləri ilə görüşüb, söhbət etdim.
Bu iclas və görüşlərdə İran xarici işlər nazirini müşayiət edən İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi bir tvittdə bu barədə belə yazıb: İran İslam Respublikası xarici işlər nazirinin Azərbaycan Respublikasına ikigünlük işgüzar səfərində eyni vaxtda iki və çoxtərəfli diplomatiyanın həyata keçirilməsi, həmçinin regional və beynəlxalq imkanlardan istifadə, eləcə də səmərəli və effektiv görüşlərin keçirilməsi və razılaşmaların əldə olunması, İranın diplomatiya aparatının müvazinətli, fəal diplomatiyasından bəzi hissələri sərgilədi.
İran xarici işlər naziri Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin Bakıda keçirilən iclasında bir daha Ukrayna müharibəsinə son qoyulması və onun siyasi yolla həll edilməsi vacibliyinə təkid edib. Eyni zamanda bildirib ki: Biz bu qənaətdəyik ki, Cənubi Qafqaz bölgəsindəki ixtilafların həll olunması, dinc yollarla mümkündür.
Hüseyn Əmir-Abdullahiyan Qoşulmama Hərəkatının Fələstin Komitəsindəki çıxışında da vurğulayıbdır ki: Hərəkata üzv dövlətlərin sionist rejimlə hər hansı anlaşmasını kəskin tərzdə pisləyirik!
İran İslam Respublikası// qəsbkar sionist rejimi birbaşa və ya dolayısı ilə rəsmi şəkildə tanıyacaq hər hansı bir addım və sənədi/ heç vaxt təsdiq etməyəcək!/- deyə, İran xarici işlər naziri vurğulayıb.
Azərbaycan Respublikasının sədrliyi dövründə Qoşulmama Hərəkatının sonuncu yüksək səviyyəli iclası kimi Bakı iclasının keçirilməsilə/ bu hərəkatın sədrliyinin Uqandaya ötürülməsi üçün Kampalada sözügedən hərəkatın növbəti sammitinin keçirilməsinə şərait yaranacaq. Uqanda 2024-cü ilin yanvar ayının əvvəllərindən üç il müddətinə Qoşulmama Hərəkatına sədrlik edəcək. Azərbaycan Respublikasından qabaq, Venesuela hərəkata sədrlik edirdi.
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani iyulun üçündə jurnalistlərlə həftəlik brifinqində Əmir-Abdullahiyanın Qoşulmama Hərəkatının iclasında iştirak məqsədilə Bakıya səfəri haqda belə dedi: Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin iclasının əhəmiyyəti, hamıya bəllidir. Qoşulmama Hərəkatı mühüm və bünövrəli bir təşkilat kimi xeyli sayda üzvə malik olub, müxtəlif regional və qlobal sahələrdə mühüm və təsiredici rol oynayır və bu iclasda iştirak, İran üçün önəmlidir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button