ArxivXəbər lentiXəbərlər

Azərbaycanda qazın qiyməti 100%, işığın qiyməti isə 57% bahalaşdı

Qaz üçün 1500 kubmetr, işıq üçün isə 250 kilovat-saat illik limit müəyyənləşdirilib.

İslamazeri.az xəbər verir ki, illik limitdən artıq sərfiyyata görə isə əhali qaz üçün 100%, işıq üçün isə 57% artıq pul ödəməli olacaq.

Azərbaycan Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.

İclasda təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.

İllik 1500 kubmetr qazdan istehlak nəzərdə tutulursa bu aylıq 125 kubmter istifadə edir ki, bu da ancaq mətbəx sobasına kifayət edər. Evin və suyun qızdırılması üçün isə qış aylarında minimum 350-500 kubmetr qaz məsrəf olunur.

Dövlət Neft Şirkəti hesab edir ki, əhali abonentlərinin 62%-nin illik istehlak həcmi 1500 kubmetrdən aşağıdır və diferensial tariflərin tətbiqi nəticəsində həmin abonentlərin, o cümlədən bu kateqoriyaya aid olan aztəminatlı ailələrin təbii qaz üzrə ödənişlərində artım olmayacaq.

Təbii qazın əhali istehlakçı qrupu üzrə tarifləri 2017-ci il yanvarın 1-dən, qeyri-əhali qrupu üçün isə 2016-cı ilin 1 dekabr tarixindən tətbiq olunacaq.

Əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

İllik limiti 250 kilovat-saat olan əhali üçün aylıq limit 20 kilovat-saat təyin olunub ki, bununla da ancaq evin işıqlandırılması və zəruri ehtiyyacları təmin etmək mümkündür. Evin və suyun elektrik enerjisi ilə qızdırılması planlaşdırılacağı təqdirdə isə limitdən təxminən 10 dəfəyə qədər artıq elektrik enerjisinin istifadə olunacağı məlum olur.

Elektrik enerjisi ilə bağlı qərar 2016-cı ilin 1 dekabr tarixindən qüvvəyə minir.

“Azərişıq” ASC isə hesab edir ki, əhali abonentlərinin 72%-nin aylıq istehlak həcmi 250 kilovat-saatdan azdır. Bu baxımdan diferensial tariflərin tətbiqinin həmin abonentlərə, o cümlədən bu kateqoriyaya aid olan aztəminatlı ailələrə təsiri olmayacaq.

Dövlət Neft Şirkəti və “Azərişıq” ASC hesab edir ki, əgər Azərbaycanda əhali soyuq havalarda evini qızdırırsa artıq aztəminatlı hesab edilmir və qiymət artımının bu ailələrə təsiri olmayacaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button