ArxivXəbər lentiXəbərlər

Azərbaycanlı ekspert İran – Çin əməkdaşlıqlarının gücləndirilməsini misilsiz adlandırıb

Siyasi ekspert Rövşən Novruzoğlu İran və Çin arasında 60 milyard dollarlıq əməkdaşlıq sənədinin imzalanmasını öz növbəsində möcüzəvi adlandırıb.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Bakıda Səhər-in müxbirinə müsahibə verən Rövşən Novruzoğlu Çin Xalq Respublikası prezidentinin Tehrana səfərinə münasibət bildirib və bu səfəri çox önəmli, fərqli və öz növbəsində misilsiz adlandırıb: İran İslam Respublikasının fərqli mövqeyi böyük qüdrətləri bu ölkə ilə əməkdaşlığa çox maraqlı etmişdir.

Bu əməkdaşlığın region və dünya səviyyəsindəki böyük təsirlərinə toxunan Novruzoğlu əlavə edib: Mütləq Azərbaycan Respublikası da bu iki böyük qüdrətin əməkdaşlığının güclənməsindən faydalanacaqdır.

Rövşən Novruzoğlu İran prezidenti Həsən Ruhaninin İtaliya və Fransa səfərinə toxunaraq bu səfəri İran və qərbin münasibətlərinin güclənməsi və İranın inkişafında təsirli adlandırıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button