ArxivXəbər lentiXəbərlər

Səfir: Astara-Rəşt dəmir yolunun inşasının maliyyələşdirilməsi payızadək həll olunacaq

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində İranda Rəşt-Astara dəmir yolunun tikintisinin maliyyələşdirilməsi məsələsi yaxın iki ay ərzində həll olunacaq.

Bu barədə Trend-ə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib.

Qeyd edək ki, “Şimal-Cənub” nəqliyyat dəhlizi Şimali Avropa ilə Cənub-Şərqi Asiyanı əlaqələndirməyi, o cümlədən Azərbaycan, İran və Rusiya dəmir yollarını birləşdirməyi nəzərdə tutur. Birinci mərhələdə bu dəhlizlə ildə 5 milyon ton, gələcəkdə isə 10 milyon tondan çox yük nəqli planlaşdırılır.

Rəşt-Astara hissəsinin tikintisi İrana 1,1 milyard dollara başa gələcək. Bu vəsaitin bir hissəsinin – 500 milyon dolların Azərbaycan hökumətindən kredit qismində cəlb edilməsi nəzərdə tutulur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button