Azərbaycan Respublikasının daxili işlər naziri Ramil Usubov və onu müşayiət edən heyət İsraildə iki günlük səfərdə olub.
Azərbaycan Respublikası DİN portalının verdiyi məlumata görə, bu səfərdə Ramil Usubov və onu müşyiət edən heyət İsrailin Təl-Əvivdəki anti-terror mərkəzinin fəaliyyəti ilə tanış olublar və sionist rejimin müharibə nazirliyinin tabeliyində olan hərbi sənaye bölmələrinə baxış keçiriblər.
Səfər proqramına sionist rejimin daxili təhlükəsizlik naziri Gilad Ərdan və müharibə naziri Aviqdor Liberman ilə görüşlər də daxil olub.
Bu məlumata görə, görüşlərdə regional təhlükəsizlik məsələləri, beynəlxalq terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə, iki tərəfin hüquq-mühafiə qüvvələri arasında əməkdaşlıq ilə əlaqədar beynəlxalq hüquqi sənədlərdən istifadə mövzuları araşdırılıb.
Həmçinin Azərbaycan Respublikası ilə sionist rejim arasında daxili və ümumi təhlükəsizlik məsələləri ilə əlaqədar əməkdaşlıq razılaşmasının ilkin mətninin hazırlanması sahəsində fəaliyyətlərin davam etdirilməsi vurğulanıb.
Görüşlərdə bu səfərin iki tərəfin müvafiq qurumları arasında əməkdaşlıqların genişləndirilməsinə öz töhfəsini verəcəyi vurğulanıb.