ArxivXəbər lentiXəbərlər

Azərbaycanda eynicinslilərin nikahına icazə verilə bilməz

“Azərbaycanda Avropa və Amerikada olduğu kimi eynicinsli insanların nikahına heç zaman icazə verilə bilməz”.

Bunu Trend-ə müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibin müavini Mübariz Qurbanlı deyib.

Mübariz Qurbanlı qeyd edib ki, düzdür, Azərbaycan multikultural və tolerant ölkədir. Bu baxımdan o, bütün dünyaya nümunə ola bilər. Amma tolerantlığın da bir sərhədi var və bəzi məsələlərdə o sərhədi aşmaq olmaz:

“Demokratiyanın tərifində deyildiyi kimi, mənim tolerantlığım sizin tolerantlığınızın sərhədində bitməlidir. Tolerantlıq öz mövqeyindən imtina etmək deyil. İndi tolerantıq deyə Avropada, Amerikada bəşəriyyət əleyhinə, Allah əleyhinə, insanlıq əleyhinə olan hərəkətləri biz də təkrar etməliyikmi? Məsələn, eynicinslilərin nikahına biz də icazə verməliyikmi? Biz də bunu təkrar etməliyikmi? Xeyr, etməməliyik! Heç vaxt etməməliyik! Biz tolerantlıq ola bilərik, amma onun da bir yerə qədər sərhəddi var”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button