ArxivXəbər lentiXəbərlər

Andrey Duqin: Ankaranın bir yolu var: NATO-dan çıxmaq

“Rusiyalı səfir Türkiyədə qətlə yetirilib. Dünya müharibələri belə provokasiyalarla başlayır. Və məlumdur ki, rusiyalı səfir niyə məhz indii öldürülüb. Rusiya ilə Türkiyə sürətlə yaxınlaşırdı. ABŞ-ın qlobalizm dövrü son günlərini yaşayır. Bu səbəbdən ya indi, ya da heç vaxt: Üçüncü Dünya müharibəsi, yaxud ən azı Rusiya-Türkiyə müharibəsi üçün başqa şans yoxdur”.

FaktXeber.com-un məlumatına görə, bu barədə Rusiyanın siyasi beyni Andrey Duqin bəyan edib.

Onun sözlərinə görə, bu Vaşinqton qlobalizm elitasının can verməsidir: «Hansı ki, onun fərmanı ilə Rusiya təyyarəsi vurulmuşdu. Hansı ki, Türkiyədə 16 iyun çevrlişini təşkil etmişdi».

«Əgər biz bu gün müharibəyə başlasaq, cinayətin sifarəşçiləri xoşbəxt olacaqlar. Aydındır ki, Ankara bütün növ üzxahlıqlarını yerinə yetirəcək – bu məntiqidir. Siyasi cəhətdən bu vəhşilikdən çox Ərdoğanın özü əziyyət çəkir. Ancaq Türkiyənin vəziyyəti düzəltməsi üçün bir yolu var – dərhal NATO-dan çıxması barədə bəyanat vermək. Bu məntiqidir və çoxdan vaxtı yetişmişdi», – deyə siyasətçi əlavə edib.

Ekspert bildirib ki, artıq saat, hətta dəqiqə hesabı başlayıb: «Qəhrəman diplomatımızın həlak olması ilə əlaqədar kədərlənirik. O, ön cəbhədə qəhrəmancasına həlak oldu. Ümidvaram ki, bu qanlı Hillarinin və onun arxasında durduğu insanların son cinayətidir».

Xatırladaq ki, Türkiyənin paytaxtı Ankarada “Türklərin gözündə Rusiya” adlı rəsm sərgisinin açılışında Rusiya Federasiyasının Türkiyə səfiri Andrey Karlov öldürülüb. Rusiya rəsmiləri hücumu İŞİD terrorçularının həyata keçirdiyini bildirib. Artıq səfiri öldürən terrorçunun kimliyi bilinib. O, İzmir Polis Akademiyasının məzunu Mövlud Mert Altıntaşdır və Ankarada Xüsusi Təyinatlı Polis İdarəsində işləyirmiş . Altıntaş 1994-cü ildə dünyaya gəlib. Polisin keçirdiyi əməliyyat zamanı terrorçu öldürülüb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button