AktualAktualArxivIslamXəbər lentiXəbərlər

Yemək yeyən zaman ən yaxşı zikr hansıdır?

İnsan ağlının dünyanın bütün sirlərinə agahlığı olmadığından, İslamın bəzən bizim üçün məchul olan göstərişlərinə əməl etmək əslində bizə fayda və xeyirdən başqa bir şey gətirməz. İslam dini hər bir şeyin ədəb və qaydasını bizlərə tanıtdığı kimi, yemək yeməyin də ədəbini tanıtmışdır. (Tebyan)Həzrət Peyğəmbər (s) İmam Əliyə (ə) belə tövsiyə verir: “Ey Əli! Nə zaman yemək yeməyə başlasan, “Bismillah” de. Yeməyi bitirən zaman isə “Əlhəmdulilləh” de. Çünki iki gözətçi mələk səndən ayrılmaz o zamana qədər ki, həsənələrini yazar. Məgər o halda ki, sən özün onları özündən ayırasan”.

İmam Sadiq (ə) buyurur: “Nə zaman süfrə açılsa, de: “Bismillah”. Yemək yeyən və yeməyin sonunda da “Bismillah” de. Nə zaman süfrəni yığışdırsalar de: “Əlhəmdulilləh””.

İmam Əli (ə) buyurur: “Yemək yeyən zaman Allahı yada salın və yersiz danışmaqdan çəkinin. Çünki nemət və ruzi Allah tərəfindəndir. Ona görə sizin üzərinizdədir ki, Allahı yada salıb şükür edəsiniz”.

İmam Əli (ə) Kumeylə verdiyi tövsiyəsində buyurur: “Yemək yeyən zaman o Kəsin adını çək ki, Onun adının varlığı ilə heç bir dərd ziyan verməz. Adı bütün xəstəliklərin şəfasıdır”.

İmam Əli (ə) buyurur: “Hər kim yemək yemək istəsə, Allahın adını dilinə gətirsin. Yeməyi yaxşı çeynəsin və yeməkdən o zaman əl çəksin ki, hələ yemək yeməyə meyli vardır və ona ehtiyac hissi duyur”.

Həzrət Əli (ə) başqa yerdə buyurur: “Hər kim yeməyin ona əziyyət verməsini istəmirsə, ac olmamış heç nə yeməsin. Nə zaman yemək istəsə desin: “Bismillah və Billah””.

Bir nəfər nəql edir ki, bizə yemək gətirən zaman eşitdim ki, İmam Musa Kazim (ə) buyurur: “Hər bir şeyə qayda qoyan Allaha sitayiş olsun!”. İmama (ə) dedim: “Bu yemək hazırlanan və yeyən zaman hansı qaydaları vardır?”. İmam (ə) buyurur: “Qaydaları budur ki, süfrə açılan zaman Allahın adı ilə başlayın. Süfrə toplanan zaman Ona həmd və sitayiş deyin”.

İmam Sadiq (ə) buyurur: “Nə zaman yemək yesən və ya şərbət içsən de: “Əlhəmdulilləh!””. Həzrət (ə) başqa yerdə buyurur: “Yeməyi və içməyi Allahın adı ilə başla və sonda de:

«الْحَمْدُ لِلَّهِ الَّذِی یُطْعِمُ وَ لا یُطْعَمُ»

Nə zaman İmam Səccadın (ə) qarşısında süfrə açsaydılar, deyərdi: “Allahım, bu, Sənin minnətindən, fəzl və bağışlanmandandır. Onu bizim üçün bərəkətli və xoşagələn et”. Nə zaman süfrəni qaldırsalar, deyərdi: الْحَمْدُ لِلَّهِ الَّذِی حَمَلَنَا فِی الْبَرِّ وَ الْبَحْرِ وَ رَزَقَنَا مِنَ الطَّیِّبَاتِ وَ فَضَّلَنَا عَلَى کَثِیرٍ مِنْ خَلْقِهِ (أَوْ مِمَّنْ خَلَقَ) تَفْضِیلًا»

İmam Əli (ə) buyurur: “Yemək yeyən zaman bacardığınız qədər Allahı yada salın və münasib olmayan səslər çıxartmayın. Çünki yemək – Allahın neməti və Onun tərəfindən olan bəxşişdir ki, şükür etmək sizə vacibdir”.

İmam (ə) başqa yerdə buyurur: “Hər kim yemək yeyən zaman Allahı yada salarsa, heç bir zaman o yeməyə görə sual olunmaz”.

Nəql olunur ki, hər kim yemək yeyər, ondan sonra deyər: الْحَمْدُ لِلَّهِ الَّذِی أَطْعَمَنِی هَذَا مِنْ رِزْقِهِ مِنْ غَیْرِ حَوْلٍ مِنِّی وَ قُوَّةٍ» onun keçmiş günahları bağışlanar.

 

/Deyerler.org/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button