AktualAktualArxivIslammədəniyyatQarabağSosialXəbər lentiXəbərlər

Azərbaycan Təmsilçiləri Palatasının Qarabağda baş verən hadisələrlə bağlı bəyanatı-Foto

İslami Şura Məclisi şimal-qərb əyalətləri (Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Zəncan) əhalisinin təmsilçiləri bəyanat yayaraq Azərbaycan Respublikasının müsəlman xalqına Qarabağla bağlı öz dəstəklərini elan ediblər.

 

Qafqaz Həqiqətləri xəbər verir ki, İslami Şura Məclisi şimal-qərb əyalətləri (Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Zəncan) əhalisinin təmsilçilərinin bəyanatı aşağıdakı kimidir:

“Zalıma düşmən, məzluma yardımçı olun.” (“Nəhcül-bəlağə”, 47-ci məktub)

Son günlərdə Qarabağda baş verən hadisələr bütün azad insanların qəlbini ağrıtdı. İranlıların, xüsusilə də türk dilli əhalinin son günlərin hadisələrinə görə haqlı olaraq qalxmış hisləri bizi bu məsələ ilə bağlı İran xalqı və bütün azadlıqsevər millətlərlə danışmağa sövq etdi.

Elmi və tarixi sənədlərə əsasən, Qarabağ məntəqəsi İslamın bir hissəsi, İslam şəhəri olmuşdur. BMT TŞ-nın 822, 853, 874, 884 saylı qətnamələri də Azərbaycan Respublikasının bu məntəqəyə hakimiyyətini rəsmi olaraq tanımış və Ermənistanı Qarabağ ərazisindən çıxmağa çağırmışdır.

Bu arada ziyan gətirən addımların qarşısının alınması məqsədilə tərəflərdən gözlənti budur ki, əsas hüquqlara riayət etsinlər, düşmənçiyi tərk etsinlər, qarşılıqlı olaraq milli hakimiyyətə hörmətlə yanaşsınlar. Habelə, transregional hərbi və silahlı qüvvələrin müdaxiləsini region xalqları və dövlətlərinin xeyrinə bilmirik, inanırıq ki, bu qüvvələrin regiona daxil olması məntəqənin sabitliyinə zərərlidir və regionda müharibə odunu alovlandıra bilər.

Yuxarıda qeyd olunanları nəzərə almaqla biz İslami Şura Məclisi şimal-qərb əyalətləri (Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Zəncan) əhalisinin təmsilçiləri hamılıqla məsuliyyət hissi, yüksək insani duyğulara hörmət və İran İslam Respublikası Konstitusiyasının 3 və 152 saylı prinsiplərini əsas tutaraq, Azərbaycan Respublikası xalqına və Qarabağın zülmə məruz qalmış müsəlmanlarına öz dəstəyimizi elan edir, İran İslam Respublikası hökumətindən, xüsusilə də Xarici İşlər Nazirliyindən istəyirik ki, Konstitusiyaya, İslam İnqilabının ali ideyaları, beynəlxalq müqavilə və qanunları, yaxşı qonşuluq prinsiplərinə istinad edərək məntəqədə sabitlik və əmin-amanlıq yaradacaq addımlar atmaq üçün təlaş göstərsinlər, İranın böyük xalqının islami-irani dərin etiqadları və duyğularına yetərli diqqət ayırmaqla yanaşı etdiyi səylər barədə hesabatlarını İslami Şura Məclisinin təmsilçilərinə və əziz xalqımıza təqdim etsinlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button