ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İran nüvə sektorunda inkişaf edir

İran Atom Enerjisi Agentliyinin sədri Məhəmməd İslami bir çox ölkələr arasında İranın nüvə sənayesi sahəsində nailiyyətlərinin qabarıq olduğunu vurğulayıb.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Məhəmməd İslami bu gün (15 iyun) deyib: Nüvə sənayesi sektorunda düşmənlər tərəfindən İrana tətbiq edilən təzyiqlərə rəğmən, inkişaf edir, alimlərimiz elmi cəhətdən uğurlar qazanır və ölkəmizin bu sahədə ad qazanmasına nail olmuşuq.
İran AEA sədri həmçinin nüvə şəhidlərinin zəhmətlərinə görə minnətdarlığını elan edərək deyib: Vətəni uğrunda mübarizə aparam elm xadimlərimizin zəhməti sayəsində İranın nüvə sənayesi digər vətənpərvər oğulların əzmkarlığına borcludur.
İslami MAQATE ilə əməkdaşlığın davam edildiyini,  MAQATE bölmələrinin hesabatlarında qeyd olunduğu kimi, İranın nüvə fəaliyyətində heç bir problemi olmadığını vurğulayaraq deyib: Təəssüf ki, keçmişdə səsləndirilən ittihamlar indi İsrailin iddia etdiyi sübutlarla gündəmə gətirilib. BHFP müqaviləsində ikitərəfli sənəd olduğu üçün, hər iki tərəf öz öhdəliklərinə qarşılıqlı şəkildə əməl etməlidir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button