ArxivFatimi yaşayişFilm​IslammədəniyyatQarabağSosialXəbər lentiXəbərlər

Qum şəhərində təhsil alan azərbaycanlı tələblər işğal edilmiş ərazilərin azad olunmasını belə qarşıladı-Video

Qum şəhərində təhsil alan azərbayanlı tələbələr avtomobil karvanı ilə yürüş keçirərək Azərbayan ərazilərinin işğaldan azad olunasına görə yaşadıqları sevinclərini bölüşüblər.

Qafqaz Həqiqətləri xəbər verir ki, 27 sentyabrdan başlayaraq Azərbaycan ordusu ilə Ermənistan və seperatçı erməni qüvvələri arasında gedən döyüşlərin ardınca Azərbaycanın Ermənistanın işğalı altında olan bir sıra əraziləri azad edilmişdir. Bundan sevinən azərbaycanlı tələbələr avtomobil karvanı yürüşü keçirərək öz sevinclərini və orduya dəstəklərini nümayiş etdiriblər.

Qeyd edək ki, Qumda təhsil alan azərbaycanlı tələbələr öz avtomobillərini İran və Azərbaycan bayraqları ilə bəzəyiblər, beləliklə iki müsəlman ölkənin həmrəyliyini göstəriblər. Məhərrəm və səfər aylarının matəm olduğunu nəzərə alan tələbələr avtomobillərinə matəm bayraqları da quraşdıraraq küçələrdə hərəkət ediblər.

“Qarabağ İslam torpağıdır” şüarı onların öz avtomobilləri üzərinə yazdığı şüar olub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button