Qadin və hicab

Hicab və Qadın…

Uca Allahın adı ilə

Həqiqətən bu iki varlığı(Hicab və qadın) Allah-taala bir-biri üçün yaratmışdır və onlar bir-birlərindən əbədi olaraq ayrı düşməməlidirlər. Bu iki kəlmə bir-birinə çox yaraşan və Allahın yaratdığı ən gözəl, məsum və zərif məxluqlardan biri olan qadına məxsusdur. (Allah insanları məsum olaraq yaradır, onu qoruyub saxlamaq isə insanın öz əlindədir)

“Qadın” – Allah taala bu gözəl və dəyərli məxluqu çox uca tutmuşdur. Buna olan misallardan biri də qadına verilən analıq məqamıdır ki, İslam peyğəmbəri(s) belə buyurmuşdur: “Cənnət anaların ayaqları altındadır. “

Rəbbimiz bu zərif varlığı hər cür pislik və çirkinliklərdən qorumaq üçün ona hicabı yaraşdıraraq vacib buyurmuşdur. Çünki, hicabdır qadının zinəti və isməti.

Qadının rolu ailə və cəmiyyətdə olduqca böyük və çətindir.Bu üzdən də tez-tez belə suallar meydana çıxır: Axı niyə əksər şeylər qadından asılıdır? Niyə bir çox məsuliyyəti həyatda qadın daşıyır? Bəs kişilər?

Bəli,inkar olunmazdır ki, ən əsaslı və mühüm məsələlər qadınların öhdəsindədir. Xalq diliylə desək yükün ən ağır və ən önəmlisi məhz qadınların boynundadır. Məsələn: Ailədə qadının rolu….

Əvvəlcə qeyd etmək istəyirəm ki,”ailə” kiçik bir cəmiyyətdir və hər nə qədər o cəmiyyət sağlam və saleh olsa, bir o qədər də ictimaiyyət sağlam və saleh olar. Lakin, əksinə “ ailə” deyilən bu kiçik cəmiyyət mənəvi cəhətdən xəstə və əxlaqdan uzaq olsa, eləcə də ictimaiyyət xəstə və əxlaqsız olar. Bütün bunların da başında duran və ailənin tərbiyəsi ilə məşğul olan atadan çox ana yəni , qadın olur. Daha aydın desək, qadın böyük bir cəmiyyət üçün kiçik bir cəmiyyət tərbiyə edir. Bu qeyd etdiyimiz və onun(qadının) öhdəsində olan ağır məsuliyyətlərin sadəcə bir hissəsidir.

İkinci mühüm məsələ isə qadının məhz ictimaiyyətdə roludur. Burda xatırlatmaq istərdim ki, əgər bir kiçik ailə insanın özünə məxsusdursa , cəmiyyət isə hər birimizə məxsusdur. Çünki, cəmiyyət bizim böyük ailəmizdir və qadın nə qədər qapalı – hicablı olsa ,o qədər də cəmiyyət fitnə-fəsaddan, pislik və günahlardan uzaq olar. Fəlsəfəsini araşdırdıqda məlum olur ki, vacibat olan hicab ismətin mühüm nöqtəsidir. Onu daşımaq şərafətini isə Allah xanımlara vermişdir.

Həqiqətən düşünə bilənlər üçün aşkardır ki, Allahın yaratdığında heç bir nöqsan yoxdur. Çünki O, bütün gözəl və dəyərli olanı biz insanlar üçün və insanları da dünyanın ən üstün varlığı olaraq yaratmışdır. Buna Qurani-Kərimdən Tin surəsinin dördüncü ayəsini dəlil gətirə bilərik:

“Həqiqətən, Biz insanı (cismini və ruhunu)ən gözəl bir biçimdə yaratdıq(ona düzgün qamət,mütənasib üzvlər,düşünən beyin və fəzilətlərə qadir olan bir ruh verdik).”

Qeyd etmək istərdim ki,bəzən xanimlar başlarını örtməkdən çəkinirlər. Hesab edirlər ki, baş örtüsü (hicab) onlara heç yaraşmır, ya həyat yoldaşı onu bəyənməz. Ətrafda olan dost-tanışlar ondan uzaqlaşar və istehza edər və s. Onlarda bu kimi müxtəlif yalnış fikirlər formalaşır.

Əziz xanımlar, bu heç də belə deyil! Vurğuladığım kimi mehriban və ədalətli Allah hər şeydən təmiz və nöqsansızdır. Yaratdığı hər bir şey də eynilə belədir. Allah hicabı bizlərə vacib etmişdir. O zaman düşünmək olarmı ki, hicab qadına yaraşmasın? Bu yalnız və yalnız məlun şeytanın bizə etdiyi vəsvəsələrdən biridir. Allah öz bəndəsi üçün onun zərərinə olan nəyisə istəyə, ona əmr edə bilərmi?!

Yox ,əsla! Deyərdim bizim ən başlıca və böyük problemimiz ondadır ki, biz adətən ətrafdakıları yəni, Allahın yaratdıqlarını üstün tutub , onların bizi tənqid edəcəyindən çox qorxur və narahat oluruq. Lakin təəssüflər olsun ki, aləmləri və bizi yaradan Allahı isə unutmuş, diqqətdən kənara qoymuşuq. Halbuki, O pak və münəzzəh biz aciz bəndələrin əməl və diqqətinə yox, biz Ona ehtiyaclı və möhtacıq. Allahın bizə buyurduqlarını bir o qədər önəmsəmir və hörmətlə yanaşmırıq.

“…Həqiqətən sizin Allah yanında ən hörmətliniz sizin ən pəhrizkarınızdır…”(Hucurat-13)

Zehra-yolu.com

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button