ArxivIslamtahlil va magaleXəbər lentiXəbərlər

Azərbaycan Respublikasında koronadan təsirlənmiş dumanlı hava

Azərbaycan Respublikası media əməkdaşları, siyasi və dini şəxsiyyətləri tərəfindən yayılan xəbərlər bu ölkədə islamofobiyanın yeni dalğasının başlandığını göstərir. Belə nəzərə gəlir ki, koronavirus böhranı bu qeyri-insani və sionist dalğanın güclənməsi üçün daha əlverişli şərait yaratmışdır.

AranNews – Azərbaycan Respublikası media əməkdaşları, siyasi və dini şəxsiyyətləri tərəfindən yayılan xəbərlər bu ölkədə islamofobiyanın yeni dalğasının yarandığını göstərir və korona bəhanəsi ilə siyasi və dini fəallara qarşı siyasi təzyiqlər və həbslər artmışdır.
Neçə illərdir ki, Azərbaycan Respublikasında Hacı Mövsüm Səmədov, Hacı Tale Bağırov və Hacı Abgül Süleymanov kimi təhsil almış, alim və lider dindarlar uydurma bəhanələrlə həbs edilir və bir çox dindarlar bu ölkənin həbsxanarında köməksiz şəraitdə sionist rejimin məsləhətçilərinin fitnələrinə düçar olur.
İndi isə diqqətinizi ötən bir ayda siyasi və islamçı məhbuslar barədə yayılan xəbər və reaksiyalara cəlb etmək istəyirik.
“Rakurs TV”-nin internet saytı xəbər verir ki, Müsəlman Birliyi Hərəkatının idarə heyətinin həbsdə olan üzvü Seyfəddin Şirvanov prezidentin (korona virusundan təsirlənmiş) əfv fərmanı ilə bağlı həbsxanadan məktub ünvanlayaraq islamçı siyasi məhbusların azadlığa buraxılmasını istəyib. Məktubda deyilir:“Bildiyiniz kimi koronavirusla əlaqədar 6 aprel tarixində prezident əfv sərəncamı imzaladı. Bu sərəncəma əsasən yaşı 65 və daha yuxarı olan məhkumlar əfv olundu. Lakin buna baxmayaraq sərəncama uyğun olan məhkumların böyük əksəriyyəti hələ də həbsdədir. Vətəninə, millətinə və dövlətinə bağışlanmaz xəyanət edən Akif Çovdarovun azad edilməsi, bunun KİV-lərdə xüsusi vurğulanması onu göstərir ki, hakimiyyətdə hələ də Çovdarov kimi xəyanətkarlar mövcuddur. Bu hal məni və mənim timsalımda bütün Azərbaycan xalqını məyus edir. Aidiyyatı orqanlardan tələbim odur ki, Ruhullah Axundzadə, Mövsüm Səmədov, Abgül Süleymanov və Tale Bağırzadə kimi vətənini, millətini, dövlətini sevən vətənpərvər insanlar həbsdən azad olunsun.”


İslamçı Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin sədri Eldəniz Quliyev deyib:
“Təəssüflər olsun ki, ümidimizi bilərəkdən öldürməyə çalışırlar. Həm inanclı, həm də qeyri – inanclı, lakin yaşı 65-i ötmüş kifayət qədər insanlarımız məhbəs həyatı yaşayır. Onlar azadlığı haqq edirlər.
Eldəniz Quliyevin sözlərinə görə, Azərbaycanda siyasi arxitektura elə vəziyyətdədir ki, özündə avtoritarizmi ehtiva edir. Bunun mahiyyətində bəzi diktator elementləri də mövcuddur. Bunların yürütdüyü siyasətə ləbbeyk deməyənlər, yaltaqlıq etməyənlər hakimiyyətin standartları ilə uzlaşmır. Ona görə də, bu insanlardan acıq çıxmaq və qisas almaq üçün belə addım atırlar.”

Son günlərdə dörd ildir ki, uydurma ittihamlarla həbsxanada saxlanılan islamçı məhbus və Müsəlman Birliyi Hərəkatının üzvü Sahil Rzayev zindanda mövcud acınacaqlı şəraitə və təzyiqlərə etiraz olaraq aclıq aksiyasına başlayıb.

AİP-in Astara rayonu üzrə funksioneri və illərdir ki, heç bir ittiham irəli sürülmədən həbsdə saxlanılan Ruhullah Axundzadə Azərbaycan Respublikası hökumətinin islamçılara qarşı siyasətlərini tənqid edərək özünün Azərbaycana və onun xalqına aşiq olduğunu, lakin ilahi bəlaya tuş gəlməmək üçün Azərbaycan Respublikası vətəndaşlığından imtina edərək ailəsi ilə birlikdə Kərbəlaya, ya Suriyaya köçəcəyini vurğulayıb.


Müsəlman Birliyi Hərəkatının üzvü və islamçı məhbus Abbas Hüseyn Azərbaycan xalqına məktubla müraciət edib və koronavirus pandemiyası ilə bağlı yazıb:
“Son bir neçə aydır ki, dünya gündəmini koronavirus xəbərləri zəbt edib. Təəssüflər olsun ki, bu bəla bizim doğma vətənimizdən də yan keçməyib.
Bütün dünya virusla mücadilə etmək üçün səfərbər olduğu halda bizim xalqımızın sağlamlığını düşünmək əvəzinə, yaranmış vəziyyətdən yararlanaraq insanların səsini daha da boğmağa çalışır, müxalifət nümayəndələrini sıxışdırır və həbsə atırlar. MBH üzvü Samir Babayev və Elvin Muradovu maska paylamağa görə həbs edənlərin korona virusla mübarizəsi nə dərəcədə inandırıcı gələ bilər? Bizim yoluxduğumuz ən ağır virus və xəstəlik zülm və zülm əhlidir.”

 Martın 1-də Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyevin təhülkəsizlik xidməti tərəfindən həbs edilməsi xəbəri medailarda yayıldı və bu həbsin səbəbi indiyə kimi açıqlanmayıb. AİP sədr əvəzinin həbsi Azərbaycan Respublikasında və bizim ölkədə geniş reaksiyalarla üzləşdi.

26 noyabr 2015-ci ildə Ərbəin günlərində Nardaranda saxlanılaraq azadlıqdan məhrum edilmiş Hacı Tale Bağırzadə insan haqları müdafiəçisi Tofiq Yaqublunun saxlanılması barədə deyib:
Tofiq Yaqublu yenidən sıralarımıza qoşuldu. Bilmirəm buna görə sevinim, yoxsa kədərlənim?! Əlbəttə, hər bir hissimin özünəməxsus səbəbləri var. Ancaq bir həqiqəti çox dəqiq bilirəm ki, istibdad rejminin təhdid və təzyiqi altında kölələşdirilən bir millətin öndə gedən isimləri, ziyalıları, agah insanları susmayaraq həbsxanaları, daha doğrusu kiçik məhbəsləri öz həyat tərzlərinə çevirməyincə, millətin nə xilasa, nə də böyük zindanlardan qurtuluşuna heç bir ümid yeri yoxdur. Məhz bu istiqamətdə illərcə həbslərə, işgəncələrə rəğmən qətiyyətli duruşuna, ardıcıl və davamlı mübarizəsinə görə Tofiq bəyə xüsusi təşəkkürümü bildirirəm.İnsan hüquqları müdafiəsi təşkilatı “Amnesty International” Milli Şura Kordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun həbsi ilə bağlı prezident İlham Əliyevə məktub yazma kampaniyasına başlayıb və onun dərhal azad olunmasını tələb edib. Məktubda vurğulanıb: “Tofiq Yaqublunun dərhal sərbəst buraxılması və səhhətinin risk altında olmaması üçün lazımi addımları atın.
Tofiq Yaqublunun və ya Azərbaycandakı hər hansı bir şəxsin qanun pozuntularından şübhələnməsi üçün hər hansı bir əsaslı səbəb varsa, onların ədalətli mühakimə olunmalarını və əlaqəli hüquqların, o cümlədən vəkilə müraciət etmək hüquqlarını, onların vəkil tərəfindən təmsil olunma hüququnu təmin etmələrini təmin edin, Tofiq Yaqubluya qarşı zülmə son qoyun.”


Avropa Şurası Parlement Assambleyasının (AŞPA) məruzəçilərindən üç nəfəri Azərbaycan dövlətininin koronavirus bəhanəsi ilə siyasi müxaliflərə qarşı təzyiq göstərməsini tənqid edib.
Sör Rocer Geyl bu barədə deyib: “Azərbaycan hökümətinin koronavirusdan siyasi müxalifətə qarşı yenidən təqiblər aparmaq üçün sui-istifadə etməsi məni heyrətləndirir və təəssüfləndirir.”
Stefan Şennak deyib: “Azərbaycan prezidentinin Novruz bayramı çıxışında ölkəsindəki müxalifəti təsvir etmək üçün onları “beşinci kolon” adlandırması qeyri-demokratikdir.”
Sunna Evarsdottir də bu məsələyə toxunaraq deyib: “Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu barədə indiyədək eşitdiyim bütün məlumatlar ona qarşı ittihamların uydurma olduğunu göstərir və onu yenidən siyasi məhbus adlandırmaq olar. Belə görünür ki, Azərbaycan höküməti yeni siyasi repressiya dalğası başladıb.”
Ümidvarıq ki, ölkələrin və müxtəlif xalq cinahlarının şübhəli və təhükəli koronavirus səbəbindən yaranmış problemlərlə mübarizə istiqamətində həmrəylik, dini, siyasi və ictimai potensiallardan istifadəyə ehtiyacı olduğu bir günlərdə Azərbaycan Respublikası hökuməti də bu istiqamətdə təsirli addımlar atsın, bu ölkənin siyasi və ictimai layihələrində din əleyhinə plan cızanların yolunu bağlasın, dünyanın ikinci şiə ölkəsində kin-küdurət, təfriqə və inamsızlıq yaranmasının qarşısını alsın.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button