AktualAktualArxivIslamSosialtahlil va magaleXəbər lentiXəbərlər

Azərbaycan Respublikasında iqtisadi korrupsiya yenə özünü göstərməkdədir

Qafqaz Həqiqətləri – Azərbaycan Respublikası KİV-ləri son bir ayda, əsasən də koronavirusun yayılmasından sonra bu ölkənin yüksək vəzifəli şəxslərinin, o cümlədən bir neçə nazir, müxtəlif şəhərlərin icra hakimiyyətinin başçıları və sərhəd xidməti qüvvələrinin iqtisadi korrupsiyaları barədə xəbər verir. Bunların ən əsası mədəniyyət və turizm nazirliyindəki korrupsiya işi ilə bağlıdır. Bu istiqamətdə Azərbaycan Daxili İşlər Nazirliyinin açıqlamasına görə, mədəniyyət və turizm naziri Əbulfəs Qarayev tutduğu vəzifədən uzaqlaşdırılmış, Ağstafa, Yevlax, Biləsuvar, Neftçala və İmişli rayonlarının icra hakimiyyətinin başçıları saxlanılmış və hal-hazırda istintaq işləri davam etdirilir.

Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğunun verdiyi açıqlamaya görə, mədəniyyət nazirinin müavini Rafiq Bayramov, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi  Zakir Sultanov, Sərhəd Qüvvələrinin rəis müavini və Sahil Qvardiyasının rəisi Əfqan Niftiyev öz vəzifəsindən sui-istifadə, mənimsəmə və digər qeyri-qanuni ittihamlarla saxlanıblar.

Habelə, Daxili İşlər Nazirliyinin açıqlamasına görə, Niftiyevlə birlikdə, Sahil Qvardiyasının digər 5 əməkdaşı da iqtisadi korrupsiya ittihamı ilə saxlanıb və hal-hazırda onlar barədə təhqiqat işləri aparılır.

DTX icra hakimiyyəti başçılarının rüşvət alarkən saxlanılma əməliyyatlarının video-görüntülərini yayıb. Həbs edilmiş icra başçıları həmçinin aztəminatlı ailələr üçün ayrılmış büdcədə yeyintilərlə də ittiham olunub.

Azərbaycan Respublikasında korrupsiya ciddi bir problemdir. Müxtəlif sənəd və hesabatlara əsasən, bu korrupsiya ölkənin mədəniyyət sistemində uzun keçmişə malikdir. Qabaqkı illərdə edilən xəbərdarlıqlar ciddi tutulmamışdır. Hesabatlara görə, Mədəniyyət və Turizm nazirliyi layihələr üçün ayrılmış pulları dövlət rəsmiləri və başçılarından ibarət dairənin cibinə axıdır. Bu məsələ ölkənin mədəniyyət sistemində korrupsiya hekayəsinin dillərə düşməsinə səbəb olmuşdur.

Ötən illərə aid mövcud hesabatlara əsasən, Mədəniyyət və Turizm Nazirliyində elə də böyük olmayan layihələr üçün ağlasığmaz həcmdə pullar ayrılıb. Dövlət mənbələrinin hesabatlarında bu pulların həcmi dəqiq açıqlamasalar də, qeyri-rəsmi mənbələr onun miqdarını, ona aid korrupsiyanı və heyrətləndirici xəbər və rəqəmləri ifşa edirlər. Məsələn, qeyri-rəsmi mənbələr bundan əvvəl Nizami kino-teatrının bərpası işinə 56 milyon dollar ayrıldığına və 2011-ci ildə dövlət rəsmilərinin iştirakı ilə onun açılışına işarə edirlər. Yaxud 2007-2011-ci illərdə Qusar rayonunun Şahdağ bölgəsində xizək yamacının yaradılmasına 878 milyon dollar ayrılmasına toxunurlar ki, 2011-ci ildə dövlət bu layihəyə 520 miylon dollar sərmayə qoymuşdur. Sonrakı illərdə də bu layihənin davamı üçün dövlət büdcəsindən daha 255 miylon dollar ayrılmışdır.

Habelə, 2007-ci ildən başlamış xalça və əl sənəti muzeyinin yaradılmasına bu ilin əvvəlinə kimi 5 milyon dollar xərc qoyulmuşdur və onun tikintisinin davamı üçün yenidən 17 milyon dollar ayrılmışdır.

2001-ci ildə bərpa işləri aparılmış Dövlət Musiqili Teatrı üçün də 2011-ci ildə yenidən ilkin olaraq 21 milyon dollar pul ayrıldı və sonrada daha 30 milyon dollar ayrıldı.

Diqqət etmək lazımdır ki, bu korrupsiyalar ötən dövrlərdən bəri bu ölkədə geniş şəkildə mövcud olmuşdur, hətta Azərbaycan Respublikası bir ara “məşhur rüşvət ölkəsi” olmuşdur və bu günlərdə çirkli yaranın ağzı açılmışdır. Dünya bankı kimi beynəlxalq təşkilat və aparatlar da özünün “Diversifikasiyalı infişaf: Avrasiyada Təbii Ehtiyatlardan Səmərəli İstifadə” adlı yeni hesabatında Azərbaycan Respublikasında korrupsiyanın geniş yayıldığını vurğulayıb.

Bu arada neftin qiymətinin düşməsi və koronavirusun yayılması səbəbilərinndən ölkədə büdcə kəsri yaranmış, iqtisadi problemlər artmış və artmaqdadır.

Korrupsiya mövzusunun əhəmiyyətinə və bu əsaslı problemə ümumi həssaslığa diqqət etməklə, belə nəzərə gəlir ki, azəri dövlət başçıları da iqtisadi korrupsiya məsələlərinə reaksiya verməyə başlayıblar və dövlət vəzifəlilərinin tutduğu vəzifədən uzaqlaşdırılması bu ölkə KİV-lərinin əsas başlığına çevrilib. Belə ki, Azərbaycan Respublikası prezidenti İlham Əliyev son vaxtlarda rəsmi aparatlarda struktur islahatları çərçivəsində iqtisadi korrupsiya ilə mübarizəni dövlətin prioritetlərindən olduğunu elan etmişdir.

Prezident öz çıxışlarında dövlət vəzifəlilərinə dəfələrlə xəbərdarlıq etmişdir ki, rəsmi aparatlarda iqtisadi korrupsiyaya qarşı qətiyyətli mübarizə aparacaq və heç kim amanda qalmayacaq.

Sonda belə nəticə ala bilərik:

Azərbaycan Respublikasında korrupsiyanın qarşısının alınmamasının səbəblərinin araşdırılması üçün əsaslı və struktiv qərarların funksiyalarına diqqət yetirmək lazımdır. Azərbaycan Respublikası kimi bir ölkədə hakimiyyət plüralist olmayınca və onun aidiyyat çevrəsi daha çox ictimai qruplara yayılmayınca, iqtisadi korrupsiya daha çox genişliklə davam edəcək, korrupsionerlər daha şiddətli davranılsa belə, ya hətta bu barədə qanunlar yazılsa da. Başqa sözlə, təkcə bu istehsal çarxının məhsulları, yəni korrupsionerlər ilə deyil, korrupsioner istehsalı çarxının qarşısını almaq lazımdır. Təkcə korrupsionerlərlə mübarizə aparmaq bu problemi həll etmir. Çünki korrupsiya yaradan mexanizm korrupsioner yaradır. Səbəbin özü ilə mübarizə etmək lazımdır.

Bununla yanaşı, korrupsiyaya qarşı mübarizə aparmaq üçün möhkəm iradə, dəqiq hesablama və qətiyyətli icra işləri lazımdır. Hamısından da önəmlisi vurğulamaq lazımdır ki, korrupsiya daha çox siyasi məsələ sayılır və ona görə də korrupsiyaya nəzarət də siyasi məsələ sayılır və onunla mübarizə üçün siyasi iradə lazımdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button