ArxivXəbər lentiXəbərlər

Həzrət Peyğəmbərin (s) yolu müştərəklik və İslam vəhdəti nöqtəsidir!

Ərdəbil Ustanında Vəliyyi-Fəqihin nümayəndəsi, Ərdəbilin imam-cüməsi son xütbələrində havanın soyuqlaşmasına işarə edərək əhalidən qaza qənaət olunmasını xahiş edib.

Cənab Ayətullah Seyid Həsən Amili deyib: İran İslam Cümhuriyyəti ölkənin əksər məntəqlərini, hətta ucqar kəndləri qazalaşdıra bilib. Soyuq havalarda qaz məsrəfinin artması təbiidir. Şəri və əqli vəzifəmizdir ki, qaza qənaət etməklə ucqar yerlərdə qazın kəsilməməsinə kömək edək.

Cənab Amili buyurub: Su, işıq, qazın xalq tərəfindən düzgün istifadəsi və israfa yol verilməməsi şəri vacib vəzifədir. Bu məntiqi qəbul etmək olmaz ki, işlətdiyimizin pulunu ödəyirik.

Ustanın Xibrə Məclisindəki nümayəndəsi Həzrət Peyğəmbər (s) və İmam Sadiqin (ə) mövlud gününə işarə ilə deyib: Həzrət Peyğəmbər (s)  bütün cəhətlərdən ümmət üçün rəhmətdir.

Cənab Amili buyurub:  Əvvəla, həzrət mühüm vəhdət nöqtəsidir. Allah ona mühakimə səlahiyyəti verib  və buyurub ki, ixtilaflı məsələrdə ona müraciət edilsin.

Hazırda da Peyğəmbərin yolu bütün ixtilaflı məsələlərdə ümmət üçün dəlildir və mübahisəyə yer yoxdur.

İkinci xüsusiyyət həzrətin əxlaqi və ictimai davranışıdır. Onun bəyənilmiş xüsusiyyətləri arasında sadə yaşayışı, sadəliyi çox dəyərlidir. İnsan kamilləşdikcə israfdan, ayrıseçkilikdən, dəbdəbəçilikdən uzaqlaşır.

Ustanın Mədəniyyət Şurasının rəisi həzrət Peyğəmbərin (s) sadə həyat tərzini nümunə göstərərək əhalidən xahiş edib ki, Allahın rəsuluna iqtida edərək cəmiyyətdə həssas qarşılanan zərərli adət-ənənələri kökündən qoparsınlar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button