AktualAktualArxivSosialXəbər lentiXəbərlər

Azərbaycan Respublikası koronaya qalib gələ bilməyib

Qafqaz Həqiqətləri xəbər verir ki, Azərbaycan Respublikasında müxalifət və adi insanlar dövlətin və operativ qərargahın koronavirusa qarşı qərarlarından razı deyil. Medialar metro və avtobuslarda izdihamların yarandığını və əhalinin adətən maskadan istifadə etmədiyini xəbər verirlər.

Əvvəllər belə nəzərə gəlirdi ki, Azərbaycan Respublikasının koronavirusa qarşı uğurlu əməl edir. İlk koronaya yoluxma mart ayının əvvəllərində qeydə alınan bu ölkə, may ayından başlayaraq tədricən karantin vəziyyətindən çıxmağa başladı, lakin həmin vaxtdan koronaya yoluxanların sayı iki dəfə artaraq iyun ayının əvvəllərində 20 min nəfəri ötdü. Vəfat edənlərin də sayı son günlərdə 38 faiz artaraq 260 nəfərə çatdı.

Azərbaycan Respublikası prezidenti İlham Əliyev son vaxtlar deyib ki, dövlət koronaya qarşı mübarizədə bütün təlaşını etmişdir və epidemiyanın qarşısının alına bilməməsinin səbəbi əhalinin səhiyyə və sağlamlıq tövsiyələrinə riayət etməməsidir.

Bu ölkə 31 martda 283 nəfər koronavirus xəstəsinin olduğu bir vaxtda karantin elan etdi və prezidentin xanımı vitse-prezident Mehriban Əliyeva 7 mayda bildirdi ki, Azərbaycan Respublikası ilk mübarizədə koronavirusa qalib gəlmişdir. 18 mayda karantin rejimi tamamilə aradan qaldırıldı.

Lakin o vaxt müstəqil ekspertlər dövlətin bu işini tənqid etdilər. Çünki koronaya yoluxanların sayı artmaqda idi və bu məsələ iyun ayında bir sıra məhdudiyyətlərin yenidən qayıtmasına səbəb oldu. Bu ayın əvvəllərində Bakı və digər 6 şəhərlərə gediş-gəliş iki həftə ardırıl olaraq qadağan edildi. Lakin bu qərar xəstəliyin yayılmasının qarşısını ala bilmədi, üstəlik əhalinin mağazalara hücum etməsinə səbəb oldu.

24 iyunda koronaya yoluxanların sayı 590-a yüksəlməklə virusun yayılması pik həddə çatdı və o vaxtdan gündəlik statistika həmin hədlərdə təsbit olub.

Dövlət bu yüksəliş prosesinə reaksiya olaraq Bakı və digər 6 şəhərdə yenidən karantin tətbiq etdi. Qeyri-zəruri işlər təzədən tətil oldu və heç kim icazə olmadan evdən çıxa bilmədi. Lakin bunun da faydası olmadı və dövlət karantin müddətini digər iki həftə uzatmağı və onun tətbiq dairəsini genişləndirməyi qərara aldı.

Hökumətə müxalif qüvvələr və adi camaat dövlətin və operativ qərargahın fevral ayından bəri verdiyi qərarlardan razı deyil. Medialar metro və avtobuslarda izdihamların yarandığını və əhalinin adətən maskadan istifadə etmədiyini xəbər verirlər.

Bir çoxları Azərbaycan Respublikasında azad mediaların olmaması və vətəndaş cəmiyyətinin zəifliyini xalqın hökumətin siyasətlərinə inanmamasının səbəbi kimi göstərirlər. Sərt karantin qanunları öz işini itirmiş insanların hiddətinə səbəb olmuşdur. Dövlət əvvəl 200 min nəfərə 112 dollar maddi kömək göstərəcəyini vəd etsə də, sonda 600 min nəfərə bu ödənişi etməyə məcbur oldu.

7 iyunda Bakının rayonlarının birində xalq etirazları baş qaldırdı və əhali karantin qanunlarının icrası üçün getmiş polis əməkdaşlarının başına zibil tökməklə öz hiddətini göstərdi. Əhalinin çoxu öz etirazını bildirmək üçün hazırkı şəraitdə feyzbuk və digər ictimai şəbəkələrdən istifadə edirlər.

Azərbaycan hökuməti pandemiyanın ölkə iqtisadiyyatına zərər vurduğunu da açıqlayıb. 24 iyunda hökumət bildirdi ki, ölkə iqtisadiyyatı ötən 5 ay ərzində 1,7 dəfə kiçilmişdir və ölkə iqtisadiyyatında mühüm rola malik turizm və neft sənayesi koronavirus pandemiyasına görə, problemlə üzləşib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button