AktualAktualArxivIslamXəbər lentiXəbərlər

Azərbaycan Respublikası hakimiyyətində baş verən son hadisələrə və əsaslı dəyişikliklərə baxış-Burhan Hişməti

 

Son aylarda Azərbaycan Respublikasında mühüm dövlət postlarında yerdəyişmələr, Milli Məclisin buraxılması, Parlamentin cavanlaşması məqsədilə vaxtından qabaq seçkilər keçirilməsi, İlham Əliyevin yerinə onun həyat yoldaşı Mehriban Əliyevanın gəlməsinə görə şərait yaradılması kimi şayiələr və bu qəbil hadisələri Azərbaycan Respublikası cəmiyyətini bu ölkədə əsaslı dəyişikliklər səmtinə hərəkətdən sapındırmaq, yaxud yayındırmaq məqsədilə baş tutan aldadıcı siyasi islahatlar kimi təhlil etmək olar.

Qafqaz Həqiqətləri xəbər verir ki, Azərbaycan Respublikasının hakim heyəti ötən bir neçə ayda hökumət postlarında ciddi dəyişikliklər etmişdir. Prezident Aparatında ikinci güclü şəxs sayılan Ramiz Mehdiyev kimi post sahibi vəzifəsindən uzaqlaşdırıldı və Milli Elmlər Akademiyasına rəhbər gətirildi ki, yeni vəzifədə nəzəriyyə vermək və Azərbaycan Respublikası hakimiyyətinin düşüncə mərkəzlərini istiqamətləndirməklə məşğul olsun və icra işlərindən uzaqda qalsın.

Habelə, prezident aparatında üçüncü şəxsi sayılan və ölkənin media təbliğat işlərinini öhdəsinə alan Əli Həsənov bu postdan uzaqlaşdırıldı. Baş nazirin vəzifədən getməsi və onun qoca müavinlərinin zahiri istefaları, yeni və əksərən cavan adamların qoca və keçmiş kommunistlərin yerinə gətirilməsi hakim heyətdə baş verən diqqəti çəkən dəyişikliklərdən sayılır.

Bunun ardınca Milli Məclisin buraxılması və parlamentin cavanlaşdırılması məqsədilə erkən seçkilərin keçirilməsi ortaya gəldi. Hətta şayiə də yayıldı ki, İlham Əliyevin həyat yoldaşı Mehriban Əliyevanın prezident olması üçün hazırlıq işləri aparılır.

Azərbaycan Respublikasının hakim heyətində vəzifə bölgüsünə müxtəlif aspektlərdən baxılıb. O cümlədən bəzən təhlil olunub ki, qərb təşkilatları Malta və Azərbaycan rəsmilərinin korrupsiya işi ilə bağlı araşdırma aparan Dafne Anna Karuana Qalizia adlı maltalı jurnalistin qətlə yetirilməsinə dair təhqiqata başlamışdır. Ona görə də Azərbaycan Respublikası hakim heyətində korrupsiyaya aludə olmaqda məşhur və qərblə müxalif olanları vəzifədən uzaqlaşdırmaqla bu ölkənin idarə və hakimiyyət sistemində islahatlara başlanması kimi göstərilir ki, qərb təşkilatlarını razı sala bilsinlər.

Hakim heyətdə zahiri islahatlara başlanmasının digər səbəblərindən biri də xalq etirazlarının artması və ölkədə aksiyaların keçirilməsidir. Dövlət postlarında yerdəyişmələr və otuz ilə yaxın dövlət kreslosunda oturanların vəzifədən çıxarılması ilə belə göstərilir ki, hökumət özü islahatlar səmtinə getmişdir və beləliklə, inqilabi dəyişikliklər üçün ciddi ictimai tələblərə ehtiyac yaranmasın.

Hakim heyətdə kreslo yerdəyişmələrinin digər səbəbi kimi hakimiyyət daxilində cinahların rəqabəti, paşayevlər ailəsinin və Mehriban Əliyevanın yaxınlarının Heydər Əliyev hakimiyyətindən qalan qrupa qalib gəlməyə təlaş etməsi göstərilir. Xüsusilə də deyirlir ki, ölkədə təzə vaxtlarda hakimiyyətə gətirilənlər Mehriban Əliyevayaya yaxın cavan, qərbdə, əsasən də Amerikada təhsil almış və sionist rejiminə yaxın adamlardır. Mehriban Əliyeva özü də bir neçə il bundan əvvəl ölkədə vitse-prezidentlik postu yaradıldıqdan sonra bu vəzifəyə təyin edilmişdir.

Bəzən də hakim heyətdə baş verən dəyişiklikləri hakimiyyətdə Rusiya və qərbə bağlı qüvvələrin rəqabətinin nəticəsi kimi təhlil edirlər. Rusiya prezidentinin xanım Mehriban Əliyevaya verdiyi dostluq medalına, habelə dövlət aparatında mühüm postların onun adamlarına verilməsinə diqqət etməklə, bu prosesi Rusiyanın xeyrinə dəyərləndirirlər. Bəziləri də tamamilə əksinə olaraq, təzə adamların çoxunun SSRİ-nin parçalanmasından sonra Amerika və Avropada təhsil almasına, onların fikirlərinin qərb universitetlərinin dərs və nəzəriyyələri əsasında formalaşmasına diqqət etməklə, bu prosesi qərb və sionist rejimin xeyrinə olduğuna inanırlar.

Lakin hakim heyətdə baş verən zahiri islahat üçün irəli sürülən bütün bu fərziyyə və səbbələrə göz yummaqla, diqqət etmək lazımdır ki, bu “islahat” və yerdəyişmələr Azərbaycan Respublikasının qonşuluğunda yerləşən Ermənistanın hakim heyətində baş verən əsaslı dəyişikliklərdən sonra ciddiləşdi. Belə ki, Ermənistanda Serj Sarkisyan, onun yaxınları və Respublika Partiyasının səlahiyyətləri əlindən alındı və onunla tam müxalif qüvvəyə verildi. Azərbaycana hakim heyət də bu növ dəyişikliyin Ermənistandan Azərbaycana sıçramağının qarşısını almaq məqsədilə  o vaxtdan ciddi qabaqlayıcı tədbirlərə başlayıb. Hakim heyətin strukturanda dəyişiklik bu tədbirlərin ən əsası olmuşdur. Əlbəttə, Azərbaycan Respublikasının idarəetmə orqanında bu ciddi dəyişiklik, dövlət postlarına yeni adamların gətirilməsi, Milli Məclisin buraxılması, başqa deputatlarla və çox güman ki, cavan adamlarla yeni Məclis formalaşdırmaqla indiki hakimiyyətin ömrünün artması mümkündür. Lakin görünməyən məsələ ölkənin cəmiyyət sistemində ötən otuz ildə baş vermiş dərin dəyişiklikdir. Bu ölkədə hakim heyət və mövcud siyasi sistem Azərbaycan Respublikası xalqı arasında baş verən istək, tələb və dəyişiklikləri əks etdirmir. Ötən otuz ildə hakim sistemin qərb və sionist məşvərətçilərinin istiqamətləndirməsi ilə həyata keçirdiyi bütün tədbir və siyasətlərinə baxmayaraq camiədə İslamın bərpası və ölkə xalqının həyat tərzi dindar kəsimin Azərbaycan Respublikası xalqı arasında daha çox böyüməsi və genişlənməsinə səbəb olmuşdur. Hakim sistem qərbə yaxınlaşma siyasəti izlməklə, “tolerantlıq” və “multikulturalizm”i əsas tutaraq qərb təzahürlərini tərvic etməklə xalqın istəyi olan islami kimliyi inkar etməyə və ona maneçilik yaratmağa təlaş etmişdir, imkan daxilində dini qrupları özünə cəzb etmək, onlara nüfuz etmək və fəaliyyətlərini istiqamətləndirməklə şiə cərəyanlarını sapındırmağa səy etmişdir.

Lakin bu siyasətlər Azərbaycan xalqının İslamı bərpa etmək istəklərinin qarşısını almağa qadir olmamışdır və bu ictimai istəklə hakim heyəti islahatlar aparmağa məcbur etmişdir. Bununla belə, ölkənin sekular sistemi Rusiya, qərb və sionist rejimə arxalanmaqla xalqın islami istəklərinin qarşısında dayanmışdır və qarşılıqlı olaraq dindar kəsimə qarşı təzyiqləri artırmışdır. Lakin yüzlərlə ruhani və dindarın həbsə alınmasına səbəb olmuş bu kontrast dindar kəsimin meydandan çıxmasına və cəmiyyətin islami yaşayış tərzi istəklərinə mane ola bilməmişdir. Belə ki, ötən illərdə Azərbaycan Respublikasında sekular hakim heyətin ən mühüm rəqibinin islami hərəkat olması heç kimə gizli deyildir. Hətta hazırkı hakim heyətə müxalif olan bir çox partiyalar və siyasətçilər də cəmiyyətdə baş verən bu dəyişikliyə diqqət etməklə inkişafda olan islami cərəyanların gücündən öz xeyirlərinə faydalanmağa üz tutublar. Hətta imkan daxilində islami hərəkatların vahid rəhbərliyinin olmaması məsələsindən suistifadə edərək bu hərəkatı idarə etməyə səy edirlər.

Deməli, belə nəticə almaq olar ki, Azərbaycan Respublikasında siyasi dırnaqarası islahatlarda məqsəd xalqı bu ölkədə əsaslı dəyişikliklər səmtinə getməkdən yayındırmaq, ya sapındırmaqdır. Lakin hakim heyətin ölkədəki dini cərəyan və dəyişikliklərdən düzgün anlayışı yoxdur. Yaxud da qərb, rus, sionist və türkiyəli müşavirlərin bu ölkə cəmiyyətində güclənməkdə olan şiə ideoloji və xalq cərəyanı barədə hakim heyətə verdiyi qeyri-düzgün məlumat və təhlillər səbəbindən bu cərəyana qalib gəlmək üçün nəzərdə tutulmuş həll yolu uğurlu ola bilməz. Çünki ölkədə mövcud olan bu ideoloji və xalq hərəkatı təkcə hakim heyətdə bir, yaxud bir neçə ailənin hakimiyyətinə son qoymaq, onların bulaşdığı korrupsiya, əxlaq pozuntusu və qanunsuzluqla mübarizə deyildir. Bu ölkədə tərəqqi edən şiə ideoloji hərəkatı xalqın müsibətlərinə, iqtisadi və məişəti problemlərə, ölkədə baş alıb gedən korrupsiya və qanunsuzluğa son qoyulması ilə yanaşı, xalis islami xüsusiyyətlərə yiyələnən yeni bir camiənin formalaşması üçün əsaslı islahatlar tələb edir. Ötən əsrlərdən bəri bu camiənin təfəkkürünə, yaşayış tərzinə və kimlik tərifinə daxil olmuş aludəliklərdən pak və xalis islami yaşayış tərzi ilə yaşayan bir cəmiyyət. Bu cəmiyyətə daimi böhranlar qəbul etdirilmişdir və kimlik daimi böhranı indiki hakim heyətdə məhz dəyişiklik və “islahatla”, ya hətta 1993-cü ildə baş vermiş və iki siyasi düşmən cərəyanın hakim sistemdə yerini dəyişən “hakim heyətdə əsaslı dəyişikliklə” həll olası deyil.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button