AktualAktualArxivIslamNardaranXəbər lentiXəbərlər

Azərbaycan Respublikası həbsxanalarında qeyri-insani davranışlar şiddətlənib

Son günlər Azərbaycan Müsəlman Birliyi Hərəkatının rəhbəri və üzvlərinin, habelə digər şiə islamçı məhbuslarının ailələri və yaxın qohumları Bakıda Fatimiyyə günləri matəm mərasimlərində iştirak etməklə yanaşı, həbsxanalarda islamçı məhbuslara qarşı edilən zülmlərdən danışıblar. Azərbaycan Respublikasında insan haqlarını müdafiə edən təşkilatlar da birgə bəyanatla çıxış edərək bu ölkənin zindanlarında islamçı məhbuslara qarşı haqsızlıq və ədalətsizliyin şiddətləndiyini bildiriblər.

Təkcə 2018-ci ildə Azərbaycan Respublikası məhkəmələri islamçılarını 600 ildən çox həbs cəzasına məhkum etdilər. Bu həddə cəza hökmü Azərbaycanda insan haqlarının hansı ağır durumda olduğunu göstərir. Eyni halda siyasi islamçıların vəziyyəti haqqında çox narahatedici xəbərlər yayılmaqdadır. Bu məzlum və köməksiz məhbuslar həbsxanada da müxtəlif bəhanlələrlə öz əsas və humanitar haqlarından məhrum edilib, onlara qarşı zorakılıq, mənəvi və fiziki işgəncələr həyata keçirilib.

Verilən xəbərlərə görə, sifarişlə və əsassız ittihamlarlarla 13 il azadlıqdan məhrum edilmiş Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov zindanda məhz namaz qıldığı üçün çox ağır şəraitdə saxlanılmış və öz əsas haqlarından məhrum edilmişdir. Digər xəbərlərə görə, Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə və bu hərəkatın digər üzvlərinə qarşı hörmətsizliklər olunub və onlar ağır işgəncələrə məruz qalıblar. Tale Bağırzadə öz ailəsi ilə telefon əlaqəsi saxlayaraq bildirib ki, ona qarşı təzyiq və təhdidlər hər gün artmaqdadır. Azad havada tənəffüs, hamamlanmaq, ailəsi ilə telefon əlaqəsinə maneəçilik və gecə narahatlıqları ona qarşı edilən qeyri-insani hərəkətlərin yalnız kiçik bir hissəsidir. Hətta, son günlər öz məhbus yoldaşını qətlə yetirmiş və onun cənazəsini yandırmaq istəyən bir cinayətkarı Tale Bağırzadənin saxlanıldığı kameraya köçürüblər və beləliklə ona qarşı olan təzyiq və təhdidlər artıb.

Müsəlman Birliyi Hərəkatının digər üzvləri də zindanda işgəncə və təhqirlərə məruz qalıblar. Buna etiraz etdikdə isə daha ağır təzyiq və məhdudiyyətlə üzləşirlər, təknəfərlik kameralarda saxlanırlar.

Abbas Hüseyn, Sahil Rzalı və Cabbar Cabbarov ən şiddətli işgəncə və cəzalarla üzləşiblər. Bu kimi hərəkətlərin ardınca Müsəlman Birliyi Hərəkatının rəhbəri və üzvləri elan ediblər ki, həbsxanada baş verən qeyri-insani hərəkət və zülmlərə etiraz olaraq aclıq aksiyasına başlayacaqlar.

“Məhbuslarla Beynəlxalq Standart Davranışlar Qaydaları”, habelə “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi” və onun Azərbaycan Respublikası həbsxanalarında islamçılara qarşı icra edilməkdə olan qeyri-insani hərəkətlərə tətbiqinə diqqət etməklə, bu məsələ “işgəncə”, “şiddətli cəza” və “insan haqları prinsiplərinin aşkar şəkildə pozulması” mövzularında yer alır. Aydındır ki, bu qəbil hərəkətlər məhbuslarla beynəlxalq standart davranışlar qaydalarını aşkarcasına pozmaq sayılır.

Məhbuslarla beynəlxalq standart davranışlar qaydalarının 5-ci maddəsində vurğulanır ki, məhbusun həqiqətinin aydın şəklidə tələb etdiyi məhdudiyyətlər müstəsna olmaqla, bütün məhbuslar insan haqları və umumdünya insan hüquqları bəyannaməsində təyin edilmiş əsas azadlıqlardan istifadə etmək hüququna malik olmalıdır.

Habelə, həmin maddədə vurğulanır ki, heç bir məhbus zülm, işgəncə, təhqir, ya insanlıqla zidd olan bir hərəkərə məruz qalmamalıdır. Diqqət etmək lazımdır ki, həm “Məhbuslarla Beynəlxalq Standart Davranışlar Qaydaları” həm də “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”ndə məhbusların din, etiqad və söz azadlıqlarına hörmətlə yanaşılmasının lüzumu deyilir. Lakin, bu maddələrin heç biri islamçı-siyasi məhbuslar barədə nə sifarişli məhkəmələrdə, nə də həbsxanalarda riayət olunmayıb. Üstəlik, məhbuslara qarşı baş tutan yuxarıda qeyd olunmuş qeyri-insani hərəkətlər və şiddətli təhqirlər Azərbaycan Respublikasının Konstitusiyasının vətəndaş cəmiyyəti, hakimiyyət qanunu və ümumdünya insani dəyərlərlə bağlı müqəddiməsində də yer almış maddələrlə də tamamilə ziddir.

Sonda çox önəmli bir sual qarşıya çıxır ki, görəsən islamçı məhbusların hüquqlarını açıq-aşkar pozan, onlara qarşı qeyri-insani hərəkətlər edən, əsas azadlıqlara riayət etməyən bir hakimiyyət kimi tanınan Azərbaycan hakimiyyəti bunun nə ilə nəticələnəcəyini bilirmi? Sözsüz ki, Azərbaycan hakimiyyətinin bu kimi qeyri-insani hərəkətləri müsbət nəticə verə bilməz. Əminliklə demək olar ki, islamçı siyasi və etiqadi məhbusların xalq arasında sevimli olmasına, Azərbaycan, hətta digər müsəlman ölkələri xalqları arasında onların çoxlu tərəfdarlarının olmasına diqqət etməklə, hazırkı prosesin davam etməsi hakimiyyətə qarşı narazılıqların artmasına, problemlərin büruz etməsinə gətirib çıxaracaq. Azərbaycan hakimiyyətinə qarşı narazılığın artması, onun rüsvay olması, qanuniliyinin günbəgün zəifləməsi bu kimi qeyri-insani hərkətlərin ən az nəticəsi ola bilər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button