ArxivIslamXəbər lentiXəbərlər

Azərbaycan Prezidenti İran Prezidentinə başsağlığı verib

İslamazeri.com xəbər verir ki, başsağlığı məktubunda deyilir:

“Hörmətli cənab Prezident,

Tehran şəhəri yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 yanvar 2020-ci il.”

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev digər məktubu ilə Ukrayna Prezidentinə də başsağlığı verib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button