ArxivXəbər lentiXəbərlər

Gürcüstan Marneuli şəhərində Xanım Məsumənin (s.ə) mübarək mövludu qeyd olundu (Foto)

Ahlibeyt.ge xəbər verir ki, Bu gün Gürcüstan Marneuli şəhərində, Əhli-Beyt (ə) Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Zeynəb (s.ə) Qadınlar Birliyi və Bütün Gürcüstan Müsəlmanlar İdarəsinin nəzdində yaradılan Gürcüstan Müsəlman Qadınlar İcmasının təşkilatçılığı ilə Əhli-Beyt (ə) Kəriməsi Xanım Məsumənin (s.ə) mübarək mövludu qeyd olundu.

Məclis Rəsuli Əkrəm (s) mədrəsəsinin müəlliməsi Lalə Süleymanovanın Quran tilavəti ilə acıq elan olundu. Sonra Zeynəb Qadınlar Birliyinin müəlliməsi və Gürcüstan Qadınlar İcmasının üzvü Rəna Elçiyeva gələn qonaqları salamlayıb və belə məclislərin əhəmiyyətindən danışdı.

Məclisin davamında Rəsuli-Əkrəm (s) mədrəsəsinin tələbələri olan Sevinc Namazova və Lalə İbrahimova çıxış edərək, Xanım Məsumənin həyatı, fəziləti və eyni zamanda Xanımın ziyarət və hərəminin əzəmətindən danışdılar. Məclisdə Əhli-Beytin (ə) şəninə ilahilər səsləndi.

Məclis Fərəc duası və ehsan süfrəsi ilə yekunlaşdı.

Gürcüstan Marneuli şəhərində Xanım Məsumənin (s.ə) mübarək mövludu qeyd olundu (Foto)
Gürcüstan Marneuli şəhərində Xanım Məsumənin (s.ə) mübarək mövludu qeyd olundu (Foto)
Gürcüstan Marneuli şəhərində Xanım Məsumənin (s.ə) mübarək mövludu qeyd olundu (Foto)
Gürcüstan Marneuli şəhərində Xanım Məsumənin (s.ə) mübarək mövludu qeyd olundu (Foto)
Gürcüstan Marneuli şəhərində Xanım Məsumənin (s.ə) mübarək mövludu qeyd olundu (Foto)
Gürcüstan Marneuli şəhərində Xanım Məsumənin (s.ə) mübarək mövludu qeyd olundu (Foto)
 
 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button