ArxivXəbər lentiXəbərlər

Azərbaycan İslam Partiyasının rəhbərliyi xalqımızı təbrik edir

Azərbaycan İslam Partiyasının rəhbərliyi müqəddəs Ramazan bayramı münasibətilə xalqımızı, bütün dünya müsəlmanlarını təbrik edir.

Təbrikdə deyilir:

Əziz müsəlman bacı və qardaşlarımız, on bir ayın sultanı Ramazan ayı başa çatır.

Sizləri Allahın ziyafət ayının başa çatması, müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirik. Allah bu ayda tutduğunuz orucu, qıldığınız namaz və etdiyiniz ibadəti qəbul etsin. Ulu yaradanımız bu ayın rəhmət və bərəkətindən Sizləri binəsib etməsin. Rəhmət ayının vəhdət və paylaşma əməlləriniz ailələrinizə, ulu xalqımıza xoşbəxtlik və firəvanlıq gətirsin inşaallah.

Növbəti Ramazan ayına kimi Qarabağımız, o cümlədən işğal olunmuş bütün müsəlman torpaqları mənfur düşmən tapdağından azad edilsin, həmin məntəqələrdə İslam bayrağı dalğalansın.

Ramazan ayı həm də bərəkət ayıdır. Evləriniz abad, süfrələriniz həmişə bərəkətli olsun.

Sizləri bir daha Ramazan və Fitr bayramı münasibətilə təbrik edir, Tanrıdan hər birinizin növbəti Ramazan ayına yetişmənizi diləyirik.

Azərbaycan İslam Partiyası

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button