AktualArxivXəbərlər

Azərbaycan İslam Partiyası Məbəs bayramını qeyd etdi

Azərbaycan İslam Partiyası Məbəs bayramını qeyd etdi

Bu gün Azərbaycan İslam Partiyası Məbəs bayramı münasibətilə tədbir keçirib
İslamazeri.az-ın xüsusi müxbirinin tədbirdən verdiyi məlumata görə, tədbir Quran tilavətilə açılıb.
Daha sonra tədbir iştirakçılarını salamlayan AİP-in sədr əvəzi Hacı Elçin Manafov çıxış edib.
O bu gün haqqında məlumat verib, AİP-in həbsdə olan liderinin salam və təbrik mesajını çatdırıb.
Tədbirdə ictimai və siyasi xadimlər, o cümlədən ilahiyyatçılar da dəvət edilib.
Bayram tədbirində ilahiyatçılar Hacı Sərdar, Hacı İlham, Hacı Zülfüqar, Hacı Hacıbala və digərləri iştirak edib.
AİP-in sabiq sədri Hacı Hacıağa da təbriklərini tədbir iştirakçılarına çatdırıb.
MMDİB-nin sədri Ruhullah Novruzzadə tədbirdə çıxış edərək hazırda həbs həyatı yaşayan mübariz ruhani Hacı Abgül Süleymanovun salamlarını çatdırıb.

İslamazeri

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button