ArxivSosialXəbər lentiXəbərlər

Azərbaycan hökuməti Nəsibovlara təzminat ödəyəcək

  • Avropa Məhkəməsi 11 il sonra qərarını açıqladı

İyulun 30-da Avropa Məhkəməsi jurnalist Məlahət Nəsibova ilə bağlı qərarını açıqlayıb. Qərar peşə fəaliyyəti kontekstində basqılar nəticəsində Azərbaycandan Avropa Məhkəməsinə mühacirət edən Məlahət Nəsibova və onun həmsədri olduğu İnkişaf və Demokratiya Resurs Mərkəzinin şikayəti ilə bağlıdır. Həmin şikayət AİHM-ə 11 il əvvəl, 2009-cu ildə göndərilib.

Bu məhkəmə işi 2008-ci ildə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən Resurs Mərkəzinin ofisində və Məlahət Nəsibovanın mənzilində axtarış aparılması, mərkəzin digər həmsədri, Nəsibovanın həyat yoldaşı İlqar Nəsibova qarşı böhtan və təhqirə görə cinayət işi ilə bağlı idi.

Məlahət Nəsibova axtarışın qanunsuz olması iddiası ilə hüquq-mühafizə qurumlarına qarşı məhkəmə iddiası qaldırıb. Yerli məhkəmələr həmin işdə jurnalistin əleyhinə qərarlar verib.

Məhkəmənin məlumatına görə, iş üzrə kommunikasiyanın gedişində həm Məlahət Nəsibova, həm də həyat yoldaşı İlqar Nəsibov dostca anlaşmaya razılıqlarını ifadə ediblər. Anlaşmanı nəzərə alan Avropa İnsan Hüquqları Məhkəməsi Nəsibovların ərizələrini baxılacaq işlərin siyahısından çıxarmağa qərar verib.

Qərara əsasən, hökumət xanım Nəsibovaya ümumilikdə 5500, onun həyat yoldaşı İlqar Nəsibova isə 11600 avro təzminat ödəyəcək.

AİHM kommunikasiya zamanı hökumətdən əsasən, ərizəçiyə münasibətdə Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması), 8-ci (şəxsi həyatın toxunulmazlığı), 10-cu (ifadə azadlığı) və 13-cü (səmərəli hüquq-müdafiə vasitələri hüququ) maddələri ilə bağlı pozuntulara yol verilib-verilməməsi haqda suallara cavab verməsini istəyib.

rakurs.tv

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button