Müsahibə

“Azərbaycan hakimiyyəti islamçılarla ateist düşüncəsi ilə rəftar edir” – Münasibət

Arif Yunus: “Hazırda Əfqanıstan, Pakistan və Suriyada döyüşən azərbaycanlıların ölkəyə qayıtması nəticəsində çox ciddi problemlər yaşana bilər”

“Azərbaycanda 60-a yaxın dini sayt fəaliyyət göstərir. Həmin saytların bir hissəsi yalnız informasiya yayırlar. Digər qrupu dini maarifləndirmə sahəsində işlər görürlər. Eyni halda bura ölkədən kənarda vuruşan radikal qruplaşmaların saytları da daxildir. Həmçinin məzhəbləri bir-birilərinə qarşı qoyan saytlar da burada fəaliyyət göstərirlər. Eyni halda sələfilərin (vəhhabi) bir-birinə qarşı olduğu saytlarda sözügedən 60 sayta aiddir”. “Yeni Şərq”-in Faktxəbər-ə istinadən verdiyi xəbərə görə bu sözləri politoloq Arif Yunus ölkədəki radikal qruplaşmaların Azərbaycanın gələcəyi üçün hansı təhlükələr yarada biləcəyinə dair açıqlama verərkən qeyd edib. Müsahib bildirdi ki, vəhhabi qruplaşmalar radikal qərarlarından heç zaman geri çəkilmirlər: “Azərbaycanda məzhəblər arasında gərginliklərin olmasını heç kəs inkar edə bilməz. Lakin sosial şəbəkələrdə ilahiyyatçı Şahin Həsənliyə qarşı səsləndirilən fikirlərin hamısı boş şeylərdir.” Radikal dedikdə iki amilin nəzər alınmasının zəruri olduğunu bildirən ekspert, “birinci amil obyektiv xarakter daşıyan radikallıqdır. Yəni cəmiyyətdən və hakimiyyətdən asılı olmayan proseslər. Dünyanın əksər ölkələrində yaşayan sələfilər arasında hakimiyyət məsələsinə görə ciddi şəkildə parçalanma mövcuddur. Belə ki, onların bir hissəsi cihadı yalnız nəfslərinə qarşı vacib bilirlər. Digərləri isə xəvaric adlanırlar ki, onlar mövcud hakimiyyətlərə qarşı cihad elan ediblər. Eyni halda xəvariclər nəfsləri ilə cihadı vacib bilən sələfiləri özlərinə düşmən bilirlər”, – deyə qeyd etdi: “Azərbaycanda bir neçə il bundan öncə Sələfi icmasının rəhbəri Qamət Süleymanov açıqlama verərək bildirdi ki, onların mövcud hakimiyyətlə heç bir problemləri yoxdur. Lakin bu qərara çıxanlar da oldu ki, həmin şəxslərə xəvariclər deyirlər. ”

Müsahib onu da bildirdi ki, Azərbaycan hakimiyyəti Qərbin demokratik basqıları qarşısında daima Rusiya, İran və islam faktorundan istifadə edib: “Belə ki, Qərb bir qədər basqı göstərən kimi dərhal inanclıların kütləvi həbsini həyata keçirməklə yanaşı, Rusiya və İranın basqılarını gündəmə gətirirlər. Təbii ki, hazırda Əfqanıstan, Pakistan və Suriyada döyüşən azərbaycanlıların ölkəyə qayıtması nəticəsində çox ciddi problemlər yarana bilər. Hər bir halda hər şey hakimiyyətdən asılıdır. Ən böyük təhlükə Azərbaycan hakimiyyətinin proseslərə ateist yönümündən yanaşmasıdır. Hökumətdə olanlar islam sözünü eşidən kimi dərhal qorxurlar. Səbəb isə Azərbaycanda ateist dövrünün unudulmaması ilə bağlıdır.“

Yeni Şərq

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button