ArxivXəbər lentiXəbərlər

Dini məsələlər üzrə dövlət agentliyi Hz. Əlinin (ə) təvəllüdü münasibəti ilə ölkə müsəlmanlarini təbrik edib

Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze İslam dünyasının sevimli şəxsiyyəti, müsəlmanların rəhbəri və xəlifəsi İmam Əli ibn Əbu Talibin təvəllüdü münasibəti ilə ölkə müsəlmanlarını təbrik edərək xoş arzularını çatdırıb.
Qeyd edək ki, Agentlik yaranan gündən müsəlmanların dini bayramlarında iştirak edir, BGMİyə təbrik məktubu göndərir, rəsmi saytlarında xoş arzularını çatdırır. Bundan öncə Hz. Fatimeyi Zəhranın (s.ə) da təvəllüdünü təbrik etmişdi. Artıq iki ildir ki, bu qrumun təşəbbüsü ilə hazırlanan dövlətin dini təqvimində müsəlmanları dini bayramları, Peyğəmbər (s) və imamların doğum günləri də qeyd olunmuşdur.
Gürcüstan Müsəlmanları İdarəsi diqqət, təbrik və xoş sözlərinə görə Dini Məsələlər üzrə Dövlət Agentliyinə təşəkkür və minnətdarlığımızı bildirir, işlərində uğurlar arzulayır, ölkəmizə isə sülh, əmin amanlıq, bolluq və firavanlıq arzulayırırq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button