AktualAktualArxivIslamQarabağSosialtahlil va magaleXəbər lentiXəbərlər

Azərbaycan cavanlarının Qarabağ müharibəsində qələbə qazanmasının sirri – Məqalə

Cənubi Qafqaz regionunda Qarabağ müharibəsinin başlanması və bu gedişatın ardınca Azərbaycan əsgərlərinin erməni təcavüzkarlarına qələbəsi ilə qurtarması barədə bir neçə mühüm məqamlara toxunmaq istəyirəm.

Müharibənin belə sona çatması demək olar ki, Ermənistan qüvvələrinin bütün hesablamalarını alt-üst etdi. Belə ki, 44 gün davam edən müharibə işğal altında olan ərazilərin azad edilməsi ilə nəticələndi. Bütün dünya mətbuatı müsəlman Azərbaycan xalqının qələbəsindən və cəbhədə döyüşən cavanların rəşadətindən yazdı. 30 ildən sonra bir daha ərazi bütövlüyünü təmini və işğal prosesinə son qoymaq Azərbaycan dövlət və millətinin sevincinə səbəb oldu.

Bildiyiniz kimi Azərbaycan respublikası dünyada ikinci şiə ölkəsi sayılır. Buna görə də İslam düşmənləri Azərbaycan xalqı üçün bir çox məkrli siyasi planlar hazırlamışdır. Qətiyyətlə bunu deyə bilərəm ki, sovet sosialist respublikası dağılandan sonra regionda Qarabağ münaqişəsini yaratmaq, İran və Azərbaycan respublikasının bir-biri ilə müttəhid olmasının qarşısını almaq məqsədini güdürdü. Bu plan qərb ölkələrində hazırlanmasına baxmayaraq, ruslar da bu ssenarini maraqla izləyirdilər. Çünki bu birləşmə və Qarabağ münaqişəsini həll etmək İranın cənubi Qafqaz regionunda nüfuzunun artmasına səbəb olacaqdı.

Qətiyyətlə qeyd etməliyəm ki, 2-ci Qarabağ müharibəsində əsas qələbə amili Azərbaycan xalqının şücaətli və qeyrətli cavanlarının könüllü cəbhələrə yollanmasıdır. Bu cavanların əksəriyyəti dindar təbəqədən olduqları üçün şiə məktəbinin maarifindən ilham alaraq, böyük həvəslə təcavüzkar erməni qoşunlarını məhv edib onlara tarixi dərs verdilər.

Ali dini lider Ayətullah Xameneinin hələ illər öncə buyurduğu kimi, “Qarabağ İslam torpaqlarının ayrılmaz bir hissəsidir. Hər kəs bu torpaqların azadlığı uğrunda canını əldən verərsə, o şəhiddir!”

Maarif Səfərov və şeyx Elməddin Vəlişov kimi mömin cavanların timsalında bu müharibədə dünyasını dəyişən bütün Azərbaycan şəhidlərinin ruhları şad olsun. Onlar şəhidlər ağası İmam Hüseynə (ə) iqtida edərək, Allah yolunda şəhidlik zirvəsinə ucalıb əbədi səadətə qovuşdular.

Digər maraqlı nöqtələrdən biri də Azərbaycan əsgərləri döyüş bölgələrində şəhid olduqdan sonra Əhli-beyt məhəbbəti ilə ürəyi çırpınan Azərbaycan xalqı onları “Allahu Əkbər”, “Hüseyn bizim şüarımız, şəhadət iftixarımız” və s. milli izzəti yüksəldən şüarlarla son mənzilə yola salmasıdır.

Döyüş bölgələrindən çəkilən videogörüntülərdən açıq-aydın görünürdü ki, Azərbaycan əsgərləri mənəvi və döyüş əhval-ruhiyyələrini yüksəltmək üçün “Aşura” ziyarəti, dualar, rəcəzli şerlər, mərsiyələr oxuyurdular. Baxmayaraq ki, bir çox İslama və şiə əqidəsinə düşmən olanlar istəyirdilər ki, bu görüntülər yayılmasın və ya alternativ görüntülər yayılsın, amma Allahın da öz planı var.

Bu gərgin vəziyyətdə regionda fəaliyyət göstərən sektalar və islamafobiya siyasətini dəstəkləyən hegemon dövlətlərin təsirini inkar etmək olmaz. Onlar uzun illərdir çalışırlar ki, müsəlman xalqları arasında ixtilaf, təfriqə və təxribat ssenariləri ilə siyasi və xalis İslamın məntəqədə geniş yayılması və təsirinin qarşısını alsınlar.

Məsud Hüseynov

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button