AktualAktualArxivIslamXəbər lentiXəbərlər

Azərbaycanda da Qəzzaya dəstək üçün “başa qum tökmə” aksiyasına start verildi

Son günlər ALS xəstələrinə dəstək üçün dünyanın müxtəlif ölkələrində yaşayan insanlar başlarına buzlu su tökərək kampaniyaya başlayıblar. Sözügedən kampaniyanın qısa zaman ərzində bu qədər geniş vüsət almasının səbəbi isə, dünyaca ünlü simaların bu prosesə qoşulması oldu. Belə ki, facebook yaradıcısı olan Mark Zukerberg, Microsoft şirkətinin rəhbəri Bill Qeyts, ABŞ-ın keçmiş prezidenti Corc Buş və digər məşhurlar və milyarder insanlar bu prosesə dəstək verdilər. 
 
Lakin sözügedən kampaniyanın birdən-birə meydana çıxaraq bu qədər məşhurlaşması müəyyən suallara və müəmmalara yol açdı. Niyə ALS xəstələri dünənə qədər kimlərinsə yadına düşmürdü? 1 ay ərzində Qəzzada, Suriyada, İraqda günahsız yerə öldürülən minlərlə insanın taleyinə biganə yanaşanların, başlarına buz tökərək ALS xəstələrinə dəstək vermələri ikiüzlülük deyilmi? 
 
Xüsusilə Qərb ölkələrində start götürən sözügedən kampaniya müsəlmanlar tərəfindən müsbət qarşılanmayıb. Belə ki, son bir neçə ay ərzində müsəlman ölkələrini cənginə alan günahsız insan qırğınına zərrə qədər də olsun narahat olmayanlar, nədən ALS xəstələri ilə bağlı bu qədər canfəşanlıq edirlər. Əgər söhbət insanlıqdan və insani dəyərlərdən gedirsə, məgər Qəzzada başlarına bomba tökülərək öldürülən yüzlərlə qadın və uşaq insan deyilmi? Artıq başa buz tökmək kampaniyasına cavab olaraq müsəlman ölkələrində yaşayan insanlar Qəzzada evləri başlarına uçurularaq öldürülən günahsız insanlara və uşaqlara dəstək vermək üçün başlarına qum tökərək dəstək aksiyasına başlayıblar. Kampaniyaya ilk dəfə İordaniyalı müsəlman gənc fəal start verib. Hazırda müsəlman ölkələrində sözügedən kampaniyaya dəstək verilməyə başlayıb.
 
 
Dünəndən başlayaraq Qəzzaya dəstək aksiyasına azərbaycanlılar da qoşulmağa başlayıb. Mahmud Baxşıyev adlı facebook istifadəçisi Qəzzaya dəstək kampaniyası ilə bağlı hazırladığı videonu redaksiyamıza göndərək, ölkə boyu müsəlmanları Qəzzaya dəstək verməyə çağırıb. 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button