AktualArxivXəbər lentiXəbərlər

Azərbaycanda 1045 nəfər İİV virusundan dünyasını dəyişib

“2019-cu ilin 1 dekabr tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində 6674 nəfər İİV-lə yaşayan şəxs rəsmi qeydiyyatdadır. Onlardan 69,4 faizi (4701) kişi, 30,6 faizi (2073) qadındır. QİÇS mərhələsinə keçənlərin və QİÇS mərhələsində aşkarlananların ümumi sayı 149 nəfər olub. Hazırda QİÇS mərhələsində olanlar 1765 nəfər təşkil edir. 1987-ci ildən bu günə qədər İİV infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı 1045 nəfərdir”.

qafqaz.ir/ bu barədə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin rəsmisi Natiq Zülfüqarov 1 dekabr – Ümumdünya QİÇS-lə mübarizə günü ilə əlaqədar keçirilən tədbirdə bildirib.

Qurum rəsmisi həmçinin qeyd edib ki, İİV, QİÇS problemi Azərbaycanda da aktual problem olaraq, daim Səhiyyə Nazirliyinin diqqətindədir: “2006-cı ildən etibarən tətbiq edilən anriretrovirus terapiyaya hazırda 5741 İİV-lə yaşayan insan cəlb olunub ki, onlardan 761 nəfərə müalicə 2019-cu ilin 11 ayı ərzində başlanılıb.
2018-ci ildən etibarən Səhiyyə Nazirliyinin dəstəyi ilə artıq İİV infeksiyasının müalicəsində “Test and Treat” strategiyası tətbiq olunur. Belə ki, İİV-ə yoluxması təsdiq olunmuş hər bir vətəndaş qeydiyyata götürüldüyü gündən etibarən ARV dərmanlar ilə təmin olunur. Ümumilikdə 2019-cu ilədək İİV-lə yaşayan insanlarən 84,8 faizi ARV terapiya ilə təmin olunub”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button