AktualAktualArxivIslammədəniyyatQarabağSosialTarixXəbər lentiXəbərlər

Azərbaycan Respublikası prezidenti: Şuşanı Xalq Cəbhəsi ermənilərə təhvil verdi

Azərbaycan Respublikası prezidenti deyib: “Azərbaycan Xalq Cəbhəsi əvvəlki hakimiyyəti yıxmaq və hakimiyyətə gəlmək üçün Şuşanı ermənilərə təhvil verdi.”

Qafqaz Həqiqətləri “Azərtac”-a istinadla xəbər verir ki, İlham Əliyev yeni hərbi hissəsin açılışında iştirak edərkən deyib: “Şuşanın işğalı böyük faciə idi. Azərbaycan Xalq Cəbhəsi əvvəlki hakimiyyəti yıxmaq və hakimiyyətə gəlmək üçün Şuşanı ermənilərə təhvil verdi.”

Əliyev çıxışının davamında deyib: “Hərbçilər yaxşı bilirlər, Şuşa alınmaz qaladır. Onu almaq mümkün deyil. Onu təhvil verdilər, satdılar ki, hakimiyyəti yıxsınlar, hakimiyyətə gəlsinlər. Əfsuslar olsun ki, belə də oldu. 1992-ci ilin mayında Şuşa və Laçın işğal edildi, Xalq Cəbhəsinin dəstələri qanunsuz yollarla hakimiyyətə gəldi. Ondan sonra ölkəmizi dağıtmağa başladılar. İşğal edilmiş torpaqlar qaldı bir yana, onlar isə talançılıqla, rüşvətxorluqla, oğurluqla məşğul idilər… Kütləvi talançılıq baş alıb gedirdi. Nəticədə bir tərəfdən xalq buna dözmədi, digər tərəfdən 1993-cü ilin aprelində Ermənistan Kəlbəcəri işğal etmişdi. Qanunsuz yollarla hakimiyyətə gəlmiş həmin xəyanətkar Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti Kəlbəcəri Ermənistana təhvil verdi və ondan sonra Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yarandı. Ondan sonra torpaqları müdafiə etmək əvəzinə qardaş qanını axıtdılar, vətəndaş müharibəsini başladılar, Gəncəni bombaladılar. Azərbaycan əsgərlərini əsir götürmüşdülər. Orada torpaqlar əldən gedir, burada bir-birini qırırlar ki, hakimiyyətə gəlsinlər.”

Qeyd edək ki, bu etiraflardan qabaq Bakı rəsmiləri və KİV-ləri 30 ilə yaxın idi ki, İran İslam Respublikasını Şuşanın işağal edilməsində günahlandırır və bu məsələ üzərindən anti-İran təbliğatı aparırdılar. Lakin prezidentin bu açıqlamaları çox aydıncasına sübut etdi ki, Qarabağ müharibəsində hərbi məğlubiyyətin və bu ölkənin ərazisinin böyük hissəsinin işğal olmasının səbəbkarı ölkə daxilində gedən hakimiyyət davası və baş vermiş bərk ixtilaflar olmuşdur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button