AktualAktualArxivtahlil va magaleXəbər lentiXəbərlər

Azərbaycan Milli Məclisinin nurçu deputatı İran əleyhinə uydurma iddialarına yenə təkid edir

 

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Araz çayı üzərində Xudafərin və Qız Qalası hidroqovşaqlarının İran və Azərbaycan arasında 2016-cı ildə bağlanan müqavilə əsasında tikilməsini bildirməsinə baxmayaraq, bu ölkə parlamentinin ifratçı nurçu cərəyanının deputatı Fazil Mustafa yenidən anti-İran mövqe tutaraq Xudafərin Su Anbarında hidroqovşaqların tikilməsində məqsədin Qarabağ separatçılarına dəstək vermək olduğunu deyib.

Qafqaz Həqiqətləri xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin bu deputatı “Modern” saytında məqalə yayaraq 2016-cı ildə İran və Azərbaycan arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi və istismarı haqqında sazişin təsdiq edilməsində parlamentin işini müdafiə edərək yazıb: “Azərbaycanın dövlət maraqlarına uyğun olduğu üçün hamı ona səs verdi.”

İran əleyhdarı, nurçu və sionist rejim tərəfdarı olan bu deputat 2016-cı il sazişinə əsasən İranın Xudafərin Su Anbarı üzərində lazım olan hidroqovşaqları tikməsinə haqlı olduğunu etiraf etməsinə baxmayaraq, iddia etmişdir ki, İran beynəlxalq hüquqların ziddinə olaraq yalnız bu ərazidən əlavə, digər işğal edilmiş ərazilərdən də burada məskunlaşmış ermənilərə kömək edir və İranın ermənilərə dəstəyi heç bir halda bu sazişlə əlaqələndirilməməlidir.

Fazil Mustafa həmçinin İran və Azərbaycan Respublikası arasında Xudafərin və Qız Qalası haqda 2016-cı il sazişinin bir neçə maddəsinə də öz yazısında yer verib. Halbuki, İranda aidiyyatı idarələr indiyədək onun mətnini yaymırdılar.

İranın sazişin mətnini yaymamaqla Azərbaycan Respublikasına verdiyi birtərəfli və böyük imtiyaz Bakı rəsmiləri və medialarının bundan geniş sui-istifadə etməsinə səbəb olmuşdur. Ötən həftə ərzində Bakı mediaları Xudafərin Su Anbarı və onun üzərində tikilmiş hidroqovşaqların peykdən çəkilmiş şəkillərini bəhanə edərək Azərbaycan Respublikasında ictimai rəyi İran əleyhinə təhrik etməyə səy göstərdilər.

Ötən otuz ildə İranın Azərbaycan Respublikasına humanitar, siyasi, təhlükəsizlik və hərbi kimi müxtəlif sahələrdə köməkləri yetərincə və vaxtında işıqlandırılmadığı üçün Azərbaycan Respublikasında anti-İran cərəyanlar qərb ölkələri və sionist rejimlə eyni addımlamaqla həqiqətin tamamilə əksinə olan iddialarla İranı Qarabağın erməni separatçılarının hamisi və Azərbaycan Respublikasının düşməni kimi tanıtmağa səy edirlər ki, bu ölkədə ictimai rəyi İran əleyhinə təhrik etsinlər.

Qeyd edək ki, Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov bu ölkənin mediaları və millətçilərinin ittihamlarına cavab olaraq bildirdi: “Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında saziş 23 fevral 2016-cı il tarixində imzalanıb və bu sazişin tərəfləri Azərbaycan Respublikası və İran İslam Respublikası Hökumətləridir.”

Bununla belə, halı məlum və anti-İran ünsürlər İranın körpü tikməsi və ermənilərə kömək etməsi ilə bağlı uydurma xəbərlər yaymaqla və əsassız ittihamlarla iki ölkə arasında düşmənçilik və ixtilaf yaratmaqla məşğuldurlar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button