ArxivFatimi yaşayişIslamTarixXəbər lentiXəbərlər

Azərbaycan İslam Partiyası Məhərrəm ayı ilə bağlı əzadarlıq məclisi keçirib – Foto + Video

AİP Məhərrəm ayı ilə bağlı partiya funksionerlərinin iştirakı ilə əzadarlıq məclisi keçirib.

məclis Quran tilavəti ilə başlayıb, Kərbəla şəhidlərinin ruhuna mübarək ayələr oxunub.

Məclisdə çıxış edən AİP-in sədr əvəzi, ruhani  alim Hacı İlham Əliyev Kərbəla faciəsinin tarixindən, İmam Hüseyn (ə)-ın əsl hədəflərindən danışıb.

 

“Kərbəla bizə nə öyrədir?” mövzusunda danışan Hacı İlham Əliyev,  bu tarixi hadisəni əsas iki yöndə təhlil edib: Bəsirət və izzət!

 

“Kərbəla bizə Allah dinini hifz etməyin vacibliyini, pislikdən çəkindirib yaxşılığa dəvət zərurətini, sədaqət, fədakarlıq, İlahi eşq… öyrədir.

 

Kərbəla bizə bəsirət və izzət bəxş edir! Kərbəla bizə bəsirət və izzətin yollarını öyrədir”  -deyən Haci İlham Əliyev, bəsirət və izzət mövzusunda geniş çıxış edib.

 

Partiya funksionerlərinin iştirakı ilə keçirilən əzadarlıq məclisində mərsiyyələr, rozələr oxunaraq mədhiyyələr deyilib.

 

Məclisin sonunda ehsan süfrəsi açılıb.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button