Islam

Ali Təqlid Mərcələrinin “falçılıq”, “rəml atmaq”, “dua yazmaq”, “taleyə baxmaq” haqda nəzəri

Sadalanan işlər haram yollarla olarsa haram və müqabilində pul almaq da haramdır.

Hazırkı dövürdə “falçılıq”, “rəml atmaq”, “dua yazmaq”, “taleyə baxmaq” kimi mövzuların azərkeşləri çoxdur xüsusi ilə də, qabaqdan gələn prezident seçkiləri ilə bağlı bu məsələ gizli olsa da, genişlənməkdədir…

Təsüflə qeyd etməliyik ki, bir çox insanlar hətta nazirlər belə bu çirkin yolda həddən ziyadə pulları xərcləməyə hazırdılar. Və bu işi həyata da keçirirlər…

Sual:

“Dua yazmaq”, “cin tutmaq”, “fala baxmaq” bunlar İslam Dini tərəfindən təsdiqlənirmi? Dua yazmaq müqabilində alınan pulun, hədiyyənin hökmü nədir? Ali cənabın, kifayət qədər dini savadı olmayan şəxslərin dua yazmaqla pul qazanıb, günün keçirərək hiyləbazlıq və afiyorluq edənlər haqda nəzəri nədir?

Ali Təqlid Mərcəsi Ayətullah Uzma Məkarim Şirazi: “Əhli-Beyt (əleyhimus səlam) vasitəsi ilə bizə çatan və mötəbər mənbələrdə mövcud olan duaların yazılmasının iradı yoxdur. Amma dua yazmağı ozünə peşə seçib mənfəət dalıyca olmaq düzgün iş deyil. Və onların istinad etdikləri kitabların əksəriyyəti etibarsız mənbələrdən ələ gətirilib. Bu iş (dua yazmaq) mümkün bir iş olsa da, lakin şəri baxımdan düzgün sayılmır. Bu işlə məşğul olanların çoxu da yalançı və xətakardır. Həmçinin “falçılıq” da xürafatdır və onun müqabilində pul almaq da haramdır”.

Ali Təqlid Mərcəsi Ayətullah Uzma Safi Gülpəyqani: “Əhli-Beyt (əleyhimus səlam) vasitəsi ilə bizə çatan və mötəbər mənbələrdə mövcud olan duaların yazılması və onun müqabilində pulun alınmasının heç bir iradı yoxdur, amma “falçı”ya, etibarsız mənbələrdən istifadə edərək “dua yazan”a, yaxud “duanı öyrədən şəxs”ə müraciət etmək haramdır və bu işin müqailində pul almaq da haramdır. Allah hər bir şeyə agahdır.”

Ali Təqlid Mərcəsi Ayətullah Uzma Ələvi Qurqani: “Dua yazmaq şəri baxımdan haram deyil, lakin “falçılıq”, “cin tutmaq” isə şəriətdə təsdiqlənməyib və haramdır. Bəli qeyd etməliyik ki, hazırda ölkəmizdə yayılan və hiyləgər adamların ən çox istifadə etdikləri iş olan “dua yazmaq” sözsüz ki, haramdır. Çünki bu işlə məşğul olan insanların əksər qisminin bu haqda kifayət qədər məlumatları yoxdur. Bu işlərin müqabilində alınan pullar da haramdır. Bizlər də çalışmalıyıq ki, özümüzü bu cür insanların öhdəsinə qoymayaq.”

Ali Təqlid Mərcəsi Ayətullah Uzma Sistani: “Dua yazan insanlara müraciət etməkin iradı yoxdur, amma “sehr”, “cadu” ilə məşğul olmaq haram və böyük günahdır”.

Ali Təqlid Mərcəsi Ayətullah Uzma Sistanidən həmçinin “əlin içinə baxıb” yaxud “fincana baxıb fal açmaq” və insanın indiki və gələcək zamanda başına nələr gəlib və bundan sonra nələr gələcək haqda bir şeylər demək haqda soruşaraq, bu işlərin şəri baxımdan nə dərəcədə düzgünlüyü, xüsusən də əgər fala baxdıran şəxs falçının dediklərinə əməl etməsinin hökmü haqda soruşulan suala belə cavab verib: “Bu cür gələcəkdən xəbər verməklikin heç bir şəri etibarı yoxdur və falçı da əminliklə danışmamalıdır. Fala baxdıranlar da şəri və əqli dəlillərin olduğu yerlərdə bu növ qeybdən xəbər verənlərin sözlərinə əməl etməməlidirlər.

Sual:

“Taleyə baxmaqın hökmü nədir?”

Ali Təqlid Mərcəsi Ayətullah Uzma Məkarim Şirazi: “Xürafatdır, bu işlə məşğul omaq da yaxşı iş deyil. Heç kim belə işlərin dalıyca getməməlidir.”

Ali Təqlid Mərcəsi Ayətullah Uzma Ələvi Qurqani: “Taleyə baxmaq bəyənilmir. Bəzi hallarda da haramdır. Bu işin müqabilində alınan pul da haramdır.”

Sual:

““Gələcəyə baxmaq”, “falçılıq”, “gələcəkdən xəbər vermək”, ilanın onurğa sümüklərinə etiqad bəsləməkin hökmü nədir? Aya bu işlərin müqabilində pul vermək düzgündürmü?”

Ali Təqlid Mərcəsi Ayətullah Uzma İmam Xamenei: “Yalan xəbər vermək düzgün iş deyil və bu işin müqabilində alınan pul da şəri baxımdan haramdır”.

Ali Təqlid Mərcəsi Ayətullah Uzma Məkarim Şirazi: ““Dua yazmaq” və “fala baxmaq” halal peşə deyil. Onlara (falçı və dua yazana) müraciət etmək haramdır. Bu işlərin müqabilində alınan pullar da haramdır.”

Ali Təqlid Mərcəsi Ayətullah Uzma Sistani: “Şəri baxımdan bu mötəbər iş deyil. Və əgər bu işdə əqli bir mənfəət olarsa bu sürətdə bu iş müqabilində pul verməyin eybi yoxdur”.

Ali Təqlid Mərcəsi Ayətullah Uzma Vəhid Xorasani: ““Kahinlik” haram peşədir. Bu peşə vasitəsi ilə qazanılan pullar da haramdır. “Kahinlik” yəni gələcəkdən elə bir formada xəbər vermək ki, digərləri güman edir ki, bu xəbəri “kahin”ə bəzi cinnlər xəbər verir.”

abna

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button