AktualAktualXəbər lenti

Silahlı müqavimət İsrailə müqavimət göstərməyin tək yoludur

ali dini lider Ayətullah Seyyid Əli Xamenei universitet tələbələrinin qəbulu zamanı Qəzzada baş verən son proseslər haqqında danışıb.

Ayətullah Xamenei çıxışında İsrailin Qəzzaya yönəlik hücumları və Fələstin müqaviməti ilə bağlı bunları deyib: “İnsanlığa sığmayan bu cinayət yırtıcı heyvan xislətli uşaq öldürən sionist rejimin zatı sifətidir. Ondan xilas olmağın yeganə yolu bu rejimin yox olmasıdır. Fələstinin qərarlı və silahlı müqaviməti və bunun Qərb Şəriəyə yayılması bu vəhşi rejimə qarşı müqavimət göstərməyin tək yoludur”.
Ayətullah Xamenei vurğulayıb ki, İsrailin məhv edilməsi deyildikdə yəhudi xalqının məhv edilməsi nəzərdə tutulmur: “İmam Xomeyninin “İsrail məhv edilməlidir” buyruğunun mənası o deyil ki, yəhudi xalqı məhv edilməlidir. Bu sözlərlə İsrailin məhv edilməsi nəzərdə tutulur”.
Ali dini lider İranın Fələstin probleminin həlli üçün çox çalışdığını qeyd edib: “İran dəfələrlə beynəlxalq ictimaiyyətə Fələstində referendum keçirilməsi barədə öz təklifini irəli sürüb. Bu təklifə əsasən, İşğal olunmuş Fələstin torpaqlarında referendum keçirməlidir. Torpaqlarından qovulmuş fələstinlilər də həmin referendumda iştirak etməlidirlər. Bu bölgədə yaşan xalqlar referendum keçirərək özləri hakimiyyətlərini seçməlidirlər.
Məhz bu referendum vasitəsilə qəsbkar və qondarma rejim məhv olacaq. Lakin, referendum keçirilənədək İsrail rejimi ilə yeganə mübarizə yolu silahlı müqavimətdir. Heç kəs düşünməsin ki, əgər Qəzza xalqının raketləri olmasa idi sionist rejim sakit oturacaqdı. İordan çayının qərb hissəsində yerləşən Qərbi Şəriədə nə raket var, nə də ki, tüfəng. Bu məntəqədə yaşan xalqın yeganə silahı daşdır. Lakin, sionist rejim buna baxmayaraq onları da təhqir edir və qətlə yetirir. Qərbi Şəriə də eynilə Qəzza kimi silahlandırılmalıdır. Hər kim Fələstinin taleyinə acıyırsa, gərək bunun üçün çalışsın. Çünki, yalnız Fələstin xalqının güclənməsilə, sionist rejim zəifləyə bilər”.
Ayətullah Xamenei vurğulayıb ki, İsrail yalnız güc dilini başa düşür. Onunla müzakirə yolunu seçənləri isə alçaldır: “İşğalçılar onlarla razılaşmağa çalışanlara belə başqa cür davranmadılar. Yalnız fələstinlilərin güclü müqaviməti bunları geri addım atmağa məcbur edə bilər. İnsanlığın düşüncə və təsəvvürlərinə sığmayan cinayətlər törədən bu rejim, fələstinlilərin qərarlı müqaviməti qarşısında aciz qaldı və çarə axtarmağa başladı. Bu, sionistlərin yalnız güc dilindən başa düşdüyünün sübutudur.
Məhz bu həqiqəti nəzərə alaraq biz Qərb Şəriənin da eyni ilə Qəzza kimi silahlanmasının lazım olduğuna inanırıq. Fələstinin gələcəyini fikirləşən hər bir kəsin bunun üçün çalışması lazımdır. Ancaq Fələstin xalqının güclənməsilə, sionist rejim zəifləyə bilər”.
Ali dini lider ABŞ və Qərbin İsrailin cinayətlərini müdafiə etdiyini və ikili standartlara əsaslanan siyasət yürütdüyünü deyib: “Bir neçə Qərb hökuməti, o cümlədən də imperialist ABŞ və İngiltərə işğalçı İsrail rejiminin normal insanın qəbul edə bilməyəcəyi cinayətləri açıq-aşkar müdafiə edirlər. ABŞ prezidenti isə sarsaq bir məntiqə əsaslanaraq bildirir ki, İsrail özünü müdafiə etməkdə haqlıdır. Amma fələstinlilərin öz həyatlarını və təhlükəsizliklərini müdafiə etməyə haqqı yoxdur?!”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button