ArxivXəbər lentiXəbərlər

AXCP fəalının pulunu qaytarmadılar

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, “Azadlıq” qəzetinin əməkdaşı istintaq idarəsinə aparılıb.

Səadət Cahanigiri aldadaraq evə girən əməliyyatçılar evdə axtarış aparıb, onun kompüter və telefonunu götürüblər

Onu saat 12 radələrində evindən götürüb Ağır Cinayət İşləri üzrə İstintaq İdarəsinə aparıblar. Guya qaz sayğacını yoxlayacaqları adı ilə evə girən əməliyyatçılar evdə axtarış aparıb, onun kompüterini, telefonlarını və oğlunun təhsil haqqı üçün yığdığı pulları götürüb, özünü də istintaq idarəsinə aparıblar. Səadət xanım saat 21 radələrinə qədər idarədə saxlanılıb və sorğu-sual edilib. Sonra özü sərbəst buraxılsa da, kompüteri, telefonları və pulları qaytarılmayıb.

Jurnalist Qənimət Zahid isə sosial şəbəkədə paylaşdığı məlumatda Səadət Cahangirin evindən götürülən pulun oğlunun təhsil xərci olduğunu bildirib: “Məbləği ilə bağlı xüsusi şayiələrə yer olamsın deyə qeyd edirəm: evində oğlunun təhsil xərcinin bir hissəini göndərmək üçün yığdığı 300 avro + 300 dollar pul olub, axtarış aparan qrup bu vəsaiti götürüb. Baxmayaraq ki, hansısa işdə şahid kimi cəlb edildiyini deyiblər”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button