ArxivIslamXəbər lentiXəbərlər

Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Almaniyada səfərdədir – FOTOLAR

Avropa Əhlibeyt Alimlər Birliyi ilə Avropa Əhlibeyt Gəncləri Birliyinin birgə təşkil etdiyi Aşura Konfransı bu İl Essen şəhərində keçirilib.

Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov və Marneulinin baş axundu və İmam Rza (ə) adına mədrəsənin müdiri Hacı Əziz Nəbiyev Almaniyaya səfər ediblər.

Onlar səfərləri müddətində Almaniyanın bir neçə şəhərində və Belçikanın paytaxtı Brusseldə yerləşən bir neçə məscid və İslami mərkəzlərdə olmuş, din alimləri ilə görüşmüşlər. Onlar Avropadakı müsəlmanların dini vəziyyəti və onların fəaliyyət sahələri haqqında tanış olmuş, ruhanilərlə görüşmüşlər. Gələcəkdə birgə müəyyən layihələr həyata keçirmək haqqında fikir mübadiləsi aparmışlar.

Gürcüstanlı din xadimləri dəvətə və səmimi qonaqpərvərlik göstərdiklərinə görə “Alulbeyt” müsəssisəsinin müdiri və Berlində “İmam Cəfər Sadiq (ə)” adına məscidin İmam Cüməsi Hacı Kərim Ucara və Köln dəyerləşən “Əhlibeyt” məscidinin İmam Cüməsi Mir Baqir Ağayevə və Avropa Əhlibeyt alimlərinə dərin minnətdarlığını bildirir.

Avropa Əhlibeyt Alimlər Birliyi ilə Avropa Əhlibeyt Gəncləri Birliyinin birgə təşkil etdiyi Aşura Konfransı bu İl Essen şəhərində keçirilib.

Beynəlxalq Konfransa bir neçə Avropa və Asiya ölkələrindən alimlər, Almaniyanın müxtəlif şəhərlərindən yüzlərlə Əhlibeyt aşiqləri qatıldılar.
Quran tilavəti ilə başlayan konfransda Aşura hərəkatı və hadisəsi haqqında çıxışlar oldu, rövzə, şeir və mərsiyələr oxundu. Sonda isə səhnə nümayiş edildi və İmam Zaman duası ilə dört saatlıq proqram sona çatdı.

Konfransda iştirak edən Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov çıxışı zamanı Aşura mərasimlərinin əhəmiyyət və mahiyyətindən danışdı. O qeyd etdi ki, “bu mərasimlər yas deyil dərs olmalıdır. Çünki İmam Hüseyni (ə) və hərəkatını tanımaq üçün anmaq, anmaq üçün də elə tanımaq lazımdır. İmamın etdiyi qiyamın məqsəd və məramının əhəmiyyətini düzgün öyrəndikcə onun yaşaması üçün əzadarlıq mərasimlərinin keçirilməsinin əhəmiyyəti artacaqdır. Dini diri saxlamaq üçün fədakarlıq göstərəni diri saxlamaq, gələcək nəsillərə örnək olaraq təqdim etmək Peyğəmbər (s) ümmətinin borcudur”.

Qeyd edək ki, Almaniyada və Avropanın bir neçə ölkələrində “Aşura” və “Ərbəin” konfransları hər il möhtəşəm şəkildə təşkil olunmaqdadır.

İslamazeri.com

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button