ArxivIslamXəbər lentiXəbərlər

Ayətullah Xamenei: Bir çox ərəb liderləri kafirlərin nökəri olub

İranın paytaxtı Tehranda təşkil olunan Beynəlxalq Quran Müsabiqəsinə qatılan iştirakçılarla görüşən Ali Lider Ayətullah Seyid Əli Xamenei çıxışında Qurani-Kərimin əhəmiyyətinə toxunub. FaktXəbər İran mediasına istinadən bildirir ki, Ayətullah Xameneyi, “heç şübhəsiz, Qurani-Kərim insanın səadət və xoşbəxtliyini hədəfləyən bir kitabdır. Quran yalnız axirət üçün deyil, eyni zamanda dünya üçün də xoşbəxtlik bildirir”, – deyə qeyd edib.
Qurani-Kərimin həyatda praktik şəkildə həyata keçirilməsi lazım olduğunu vurğulayan Ali Lider “Fəth” surəsinin 29-ci ayəsini xatırladaraq belə deyib:
“İslam ümməti arasında Quranın tətbiq olunmaması bir və ya iki nümunə ilə məhdud deyil. Quran müsəlmanlar üçün, “Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında mehribandırlar” tövsiyə edir. Bəzilərimiz “kafirlərə qarşı sərt” məsələsini unudur və bir kənara qoyuruq. Məsələn, İslam ölkələrində ABŞ və sionistlərlə əməkdaşlıq edənlər Fələstində tökülən qanı heçə sayaraq onların hüquqlarını məhv etdilər. Bu adamlar “kafirlərə qarşı sərt” məsələsini unudub kafirlərin nökəri olublar. Hazırda bir çox Ərəb lideri bu yolla gedir”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button