ArxivXəbər lentiXəbərlər

Ayətullah Üzma Nuri Həmədani: Sionizmin mahiyyəti müsəlmanları parçalamaqdır

Şiələrin böyük təqlid mərcələrindən biri sionizmin nəliyi haqqında vurğuladı: Bu rejimi dünya imperialistləri yaradıblar ki, müsəlmanların arasında təfriqə yaratsınlar, müsəlmanları parçalasınlar, müsəlmanları tayfa müharibələrinə sövq edərək zəiflətsinlər.

Şəbistan Xəbər Agentliyinin müqəddəs Qum şəhəri müxbirinin verdiyi xəbərə görə şiələrin böyük təqlid mərcələrindən sayılan həzrət Ayətullah Üzma Hüseyn Nuri Həmədani, dünən, Cümə günü, 10 iyul, Qüds günü ilə bağlı keçirilən ümummilli və beynəlxalq yürüşdə iştirak etmiş və jurnalistlərlə müsahibəsi zamanı vurğulamışd: İslam dini məzlumları himayə etmək üzərində təkidlə dayanır, buna görə də Qüds günü ilə bağlı keçirilən bu yürüşdə hamının iştirak etməsi böyük əhəməiyyət daşıyır.

Şiələrin böyük təqlid mərcəsi sionizmin nəliyi haqqında vurğuladı: Bu rejimi dünya imperialistləri yaradıblar ki, müsəlmanların arasında təfriqə yaratsınlar, müsəlmanları parçalasınlar, müsəlmanları tayfa müharibələrinə sövq edərək zəiflətsinlər.

O dedi: Bütün müsəlmanların vəzifəsidir ki, Suriya, İraq, Yəmən, Fələstin, Bəhreyn və digər ölkələrdəki məzlumları himayə etsinlər. Və Qüds gününün də fəlsəfəsi budur ki, məzlum müsəlmanları müdafiə edək. Müsəlmanlar sionist rejimin qarşısında qüdrətlə müqavimət göstərməli və mərhum İmam demişkən bu rejimi həyat səhnəsindən silməlidirlər. Biz bu gün sionist rejimin dağılmasının və müsəlmanlar qüdrətinin şahidiyik.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button