ArxivXəbərlər

Feysbukda gündüzün xeyrini gecənin şərinə satanlar – KÖŞƏ

facebook

Novruz tətillərini hamımız sevərək gözləyirik və bu fürsətdən lazımınca istifadə etməyə çalışırıq. Çünki ən gözəl fürsətdir ətrafımızdakı dəyərli insaları yad etmək üçün, onların qəlbinə dünyanın sevincin bəxş etmək üçün.

Azərbaycanın yarısı gecələri yatmır.

Amma mən bu dəfə tamam başqa şeylər müşahidə etdim. Tətilin iki gecəsini yatmadım, planımda olan kinolara baxdım. Arada sosial şəbəkədəki səhifələri də yeniləyərək nə baş verdiyini izləyirdim. Sən demə, Azərbaycanın yarısı gecələri yatmır. Pahoo, stauslar, layklar, şərhlər, müzakirələr, qırğınlar, sən demə, gecə başlayırmış. Bu iki gecədə çox şey anladım və proqramın pozulmasının mənə necə təsir etdiyini isə burda yaza bilmərəm. Hələ də bərpa işləri davam edir . Biz dedik sosiallaşın, demədik manyaklaşın. Allah deyir ki, mən gecəni sizə istirahət üçün qərar verdim. Bəs gecəni istirahət etmək lazımdır ki, gündüzləri sevdiklərimizin hüzurunda xidmət edə bilək. Belə də mühüm iş görmürük axı o gecə yuxusuzluğunda. Cem Yılmaz demişkən “ nerdesin aşkım; burdayım aşkım. Şurdasın aşkım; burdayım aşkım. Gülücük, gülücük, gülücük.” Yəni bu tip yazışmalar, çərənləmələr. Dəyməz vallahi bu qədər zülm çəkdirməyə ruhunuza, ruhumuza. Hə və beləcə onların arasında dostumu da gördüm. Dərd yandı mənə yuxusuzluqdan. Əvvəlcə gecə saat 2, sonra 3, sonra isə yata bilmədiyini söylədi. Və çıxış yollarını sadalamağa başladım ona.
Düşünə-düşünə gün gəlib çatır.
Çox da fikirləşmə, bəlkə də, dəyməz
Dəyərli etdiyin bax, çoxdan yatır
Kimsə səndən artıq bil, ola bilməz !
Sənin dəyər verdiyin və yuxunu param-paramça etdiyin o dəyərlər üzünə doğan günəşin şüaları ilə ölür. Və sən də günəşin nurundan faydalanmadan gecə yuxusuzuğunun acısını gündüzdən alırsan və beləcə günün gərgin, əsəbi ətrafındakılara qayğı göstərmədən keçir. Hələ gözlərini demirəm…

İnsan hər gecə 8 saat yatmalıdır.

Rahat və şirin yuxuya getmək insanın sağlamlığına və əhval- ruhiyyəsinə müsbət təsir edir. İnsan hər gecə 8 saat yatmalıdır. 8 saatdan az və ya çox yatdıqda isə insan özünü əzgin hiss edir və səhərlər yataqdan qalxmağa çətinlik çəkir. İndi gəl sən gecəni yatma gör necə olur. Düşünməsi belə çətindir. Gecələri qalmaq isə sonda ağır xəstəliklərə çevrilir. Yatmasan, çox aqressiv olarsan, hər şeydən qıcıqlanarsan. Zehni və fiziki işlə məşğul olmaqda çətinlik çəkirsən, özünü əzgin və məyus hiss edərsən.
Və beləcə özündə ruh düşgünlüyü müşahidə edərsən. İndi bu yuxusuzluq bizim əsrin əvəz olunmaz hobbisinə çevrilir deyəsən.
Amma doğurdan da, xilas ola bilmirsinizsə, mütləq, mütəxəssizə müraciət edin. Bu, çox ciddi problemdir. Nəticəsi özümüzün və ətrafımızdakıların ruhiyyəsinin qılınc zərbəsi görməsi ilə bitəcək. Bəlkə, gecəmizi aydınlatan nurlu sabahları bu yuxusuzluğa dəyişməyək, hə? Nə deyirsiniz?!

Tural Həsənli/birlik.az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button