IslamXəbərlər

Ayətullah Seyid Xameneinin “Novruz” çıxışı

“Mən bu ili “milli əzm və cihadi idarəçiliklə iqtisad və mədəniyyət” adlandırıram…”

“Bağışlayan və mehriban Allahən adı ilə. Ey qəlbləri və gözləri dəyişən, ey gecə və gündüzü ram edən, ey halları çevirən, bizim əhvalımızı ən gözəl hala çevir!

Allahummə kun li vəliyyikəl-Huccət ibnil-Həsən. Sələvatukə əleyhi və əla abaihi fi hazihis-saəti və fi kulli saəh. Vəliyyən və hafizən və qaidən və nasirən və dəlilən və eyna. Hətta tuskinəhu ərzəkə təv’ən və tuməttiəhu fiha təvila (Ilahi, öz dostun Hüccət ibn əl-Həsən (yəni İmam Zaman, Sənin salavatın Ona və əcdadına olsun) üçün indi və bundan sonra da həmişə dost, qoruyucu, rəhbər, köməkçi, bələdçi və görən göz kimi ol. Ta ki, Onu möminlərin razılığı ilə Sənə məxsus olan Yer üzündə sakin (hakim) et və Ona uzun ömür ver.
İlahi onu fərəcini tezləşdir və bizi onun dost, köməkçi və şiələrindən qərar ver).
Yeni il münasibətilə hər bir həmvətənimi, ölkə daxili və xaricində yaşayan İran xalqını təbrik edirəm! Xüsusən möhtərəm şəhid və qazilərimizin ailələri, həmçinin İslam və İran üçün zəhmət çəkib çalışanları təbrik edirəm!
Bu ilki “Novruz” bayramı iki aləmin xanımı xanım Zəhranın (ə.s) rəvayət olunan iki şəhadətinə təsadüf edir. Bu xalqımızın o xanımın bərəkət və hidayət nurundan istifadə etməyinə səbəb olacaqdır.
İllərin ötməsi bizim üçün bəsirət və təcrübəyə səbəb olmalıdır. Keçmişdən dərs alıb, gələcəyə açıq qəlb və gözlə baxıb, qərarlar qəbul edək. Mən yeni ildə Allahdan hər bir iranlıya sağlam bədən, təravətli ruh, psixoloji rahatlıq, inkişaf və səadət diləyirəm. Ümüd edirəm mütəal Allah cavanlarımıza sevinc və dinamika, kişilərimizə himmət, iradə, iftixar dolu yolları qət etmək üçün möhkəm və düzgün əzm, körpələrimizə xoşbəxtlik və rifah, ailələrimizə məhəbbət və təhlükəsizlik mərhəmət etsin. Bizə düşən keçmişdən ibrət alıb, gələcək üçün düzgün qərarlar qəbul etməkdir.
Keçən il “siyasi və iqtisasdi qəhrəmanlıq” adlandırıldı. Allaha həmd olsun ki, siyasi qəhrəmanlığa da müxtəlif yönlərdə nail olduq. Həm seçkilərdə, həm kütləvi aksiyalarda, həm də xalqın müxtəlif mövqelərdə yüksək fəaliyyəti göz önündədir.
İqtisadi qəhrəmanlıq yönündə olması vacib olan işlər görülmədi. Düzdür, bu barədə müxtəlif təqdirə layiq işlər görüldü, lakin iqtisadi qəhrəmanlıq üçün lazım olan işlər bizim önümüzdədir və biz bu işləri görməliyik. Bu məsələ dövlət və millətimiz üçün olduqca mühüm məsələdir. Ötən ilin son günlərində bu barədə ideoloji qərarlar alındı. “İqtisadi müqavimət” adlandırılan bu addım yeni və uğurlu işlər görmək üçün müqəddimə oldu.
Yeni ilə nəzər etdiyim zaman mənim fikrimcə 2 mühüm məsələ mövcuddur: Birinci məsələ iqtisadiyyat, digər məsələ isə mədəniyyət məsələsidir. Hər iki məsələ dövlət işçilərinin və xalqın müştərək fəaliyyətinə ehtiyac duyur. İntizar olunan uğurlu gələcək xalqın iştirakı olmadan mümkün deyil. Beləliklə, məsul şəxslərin düzgün idarə etməyindən əlavə, xalqın da hər iki məsələdə dəstəyi zəruridir. Həm iqtisadi həm də mədəni məsələlərdə dəstək lazımdır. Xalqımız qruplar şəkilində güclü iradə və əzm ilə təsirli ola bilərlər. Məsul şəxslərin də işləri düzgün idarə etməsi üçün xalqın dəstəyinə güvənmələri vacibdir. Onlar Allaha təvəkkül edib, işlərində müvəffəqiyyət diləmək və xalqın dəstəyini qazanmaqla işlərə atılmalıdırlar. Mən Allahın iznilə bütün bu sözlərimin incəliklərini sabah edəcəyim cümə çıxışında bildirəcəm. Elə bu səbəbdən mənim fikrimcə üzümüzə gələn bu ildə əsas vəzifəmiz dövlət işçiləri və xalqın birgə zəhmətilə iqtisadi inkişafa nail olmaq, yenə xalqımızın və məsul şəxslərin yüksək himməti sayəsində xəttimizi müəyyən edəcək mədəniyyətimizin olmasına nail olmaqdır. Beləliklə mən bu ili “milli əzm və cihadi idarəçiliklə iqtisadiyyat və mədəniyyət” adlandırıram.
Ümüdvaram Mütəal Allah bizim hər birimizə bu barədə vəzifəmizə əməl edəcəyimizə kömək edəcək, İmam Zamanın (ə.f) qəlbini biz tərəfdən şad edəcəkdir. Həmçinin Allah rəhmətlik imam Xomeyninin (r) və şəhidlərin ruhunu bizdən razı edəcəkdir.

Allahın rəhmət, bərəkət və salamı sizlərə olsun!”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button