ArxivXəbər lentiXəbərlər

Həzrət İmam Xomeyni(r.ə)-in inqilabı İslam dinini bərpa etdi

Həzrət İmam Xomeyni(r.ə)-in rəhbərliyi altında İran xalqının İslam İnqilabı İslam dinini bərpa etdi.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Səhər-in Bakıdakı müxrbiri ilə müsahibədə bu mətləbi bildirərək, deyib: İran xalqının inqilabı tarixin misilsiz inqilablarından biri olub və İslamın qüdrətini dünya xalqlarına göstərə bilibdir.

Sərdar Cəlaloğlu deyib: İran İslam İnqilabından öncəyədək hamı elə fikirləşirdi ki, İslam elm və inkişafla müxalif olaraq, ona mane olur və yalnız sırf itaətə çağırır. Amma bu inqilab azadlıqsevərlik və istiqlaliyyətə dəvət edib, İslamın sayəsində elm, nüvə və texnologiya sahələrində irəliləyərək, dünya xalqlarına göstərdi ki, İslamın hakimiyyəti ilə Avropa ölkələri ilə rəqabət aparmaq və yaxşı irəliləyişlərə nail olmaq olar və bu gün biz İranda bu inkişaf və tərəqqinin şahidiyik.

O, İslam İnqilabının İslam ümmətinin birliyindəki roluna toxunaraq, deyib: İmam Xomeyni(r.ə.) tərəfindən Ümumdünya Qüds gününün adlandırılması ilə İslam dünyası vəhdətə doğru hərəkət etdi və biz bu gün müsəlman ölkələrin iştirakı ilə məzhəblərin yaxınlaşdırılması yığıncaqlarının keçirilməsinin şahidiyik və bu, İran İslam İnqilabının bərəkəti hesabına olur.

Sərdar Cəlaloğlu sonra söyləyib: İran xalqının İslam inqilabı belə bir əsl islami təlimi xatırlatdı ki, zalımla mübarizəyə qalxmaq və bəşər cəmiyyətlərində haqq və ədalətin bərqərarı üçün çalışmaq lazımdır ki, bu da İslamın aydın müraciətidir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button