ArxivXəbər lentiXəbərlər

Elçin Qasımovun apellyasiya məhkəməsi keçirilib

Vəkilin sözlərinə görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub

 Bakı Apellyasiya Məhkəməsində “Müsəlman Birliyi Hərəkatı”təşkilatının sədr müavini Elçin Qasımov barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Bu barədə “Report”a E.Qasımovun vəkili Elnur Nəbiyev məlumat verib.

Vəkilin sözlərinə görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, E.Qasımovun apellyasiya şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanıb.

Xatırladaq ki, aprelin 23-də Nəsimi Rayon Məhkəməsində E.Qasımov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay artırılıb. O, barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi üçün məhkəməyə müraciət edib. Nəsimi Rayon Məhkəməsi şikayəti təmin etməyib. Həmin qərardan apellyasiya şikayəti verilib.

Qeyd edək ki, “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədri Taleh Bağırovdur. O, ötən il noyabrın 26-da Nardaran qəsəbəsində polisin keçirdiyi əməliyyat zamanı tərəfdarları ilə birlikdə saxlanılıb. E.Qasımov isə noyabrın 5-də tutulub. E.Qasımov İnzibati Xətalar Məcəlləsinin 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsini pozmaqda günahlandırılıb və 30 gün müddətinə inzibati həbs cəzası alıb. Daha sonra Nəsimi rayon Məhkəməsinin qərarı ilə E.Qasımov barəsində üç aylıq həbs qətimkan tədbiri seçilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button